Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Pensiyaçılar “KapitalBankın” Cəlilabad filialından narazıdır – AÇIQLAMA
Pensiyaçılar “KapitalBankın” Cəlilabad filialından narazıdır – AÇIQLAMA
21 Dekabr 2013 / 14:03 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi dekabr ayı üçün pensiyaların maliyyələşdirilməsini başa çatdırıb. Nazirlikdən verilən məlumatda deyilir ki, artıq ölkənin bütün pensiyaçılarının vəsaitləri onların hesabına köçürülüb. Bu addım bayram ərəfəsində insanların pensiyalarını daha tez almasını təmin etmək məqsədilə atılıb. Ancaq bəzi rayonlarda bundan sonra da insanlar üçün problem yaradılır.

Cəlilabad da daxil olmaqla bəzi rayonlıarda pensiyaçılar pensiyalarını “Kapitalbank”dan alırlar.

Cəlilabad sakinlərinin arxiv.bizimxeber.az-a verilən məlumata görə, bu rayonda pensiyaçılar pensiyalarını alan zaman preoblemlə üzləşirlər. Sakinlər bildirir ki, hazırda rayonda “Kapitalbank”ın 5 bankomatı olsa da, pensiyalar hesablara köçürüldükdən sonra onların cəmi 2-i işləyir. Bu da bankmomatlar qarşısında uzun növbələrin yaranmasına gətirib çıxarır.

Pensiya alanların yaşlı və əksər hallarda səhhətində problemlər olan insanların olduğunu nəzərə alsaq, onların hansı məşəqqətlə üzləşdiklərini təsəvvür etmək mümkün deyil.

Məlumatda qeyd edilir ki, problem barədə “Kapitalbank”ın Cəlilabad filialının direktoru Lətif Ağayevə şikayət etdikdə, bunu vəsait azlığı ilə əsaslandırıb. Direktor bildirib ki, filialın hesabında pul vəsaiti az olduğundan cəmi iki bankomatı işlədirlər. Maraqlıdır ki, pul  niyə azdır və yaxud bu olan pul niyə bankomatlar arasında bölüşdürülmür.

Əlbətdə, bunu özəl səbəbi var. Bu barədə yaxın saatlarda dəqiqləşdirmə aparıb geniş məlumat verəcəyik…

***

Kapital Bankın mətbuat katibi Yadigar Cəfərli arxiv.bizimxeber.az-a açıqlamasında iddiaları əsassız saymaqla yanaşı bildirdi ki, hazırda Bankın Cəlilabad rayonu ərazisindəki 5 bankomatından 4-ü işləyir. Bir bankomatın işində fasilə yaranması texniki nasazlıqla bağlıdır. Nasazlıq aradan qaldırıldıqdan sonra bazar ertəsindən etibarən bu bankomat da işləyəcək.

Y.Cəfərli Kapital Bankın bankomatlarında guya pul olmaması, vəsait azlığı barədə iddialara münasibət bildirdi.

Onun sözlərinə görə, bankomatlar vaxtlı-vaxtında inkassasiya edilir və Kapital Bankın bankomatlarında hər zaman pul olur. Növbələrin yaranmasına əsas səbəb isə maaş və ya pensiya köçürülən vaxtlarda vətəndaşların bankomatlara eyni vaxtda kütləvi şəkildə müraciət etmələridir.

Əgər müştərilər bankomatdan nağd vəsait əldə etməkdən ötrü uyğun bir zamanda, günün müxtəlif vaxtlarında, yaxud səhəri gün müraciət etsələr, bu zaman heç bir növbə yaranmaz.

arxiv.bizimxeber.az



Pensiyaçılar “KapitalBankın” Cəlilabad filialından narazıdır – AÇIQLAMA yazısına 3 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə