Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qaradağda kütləvi dava: iki nəfər xəstəxanalıq oldu
Qaradağda kütləvi dava: iki nəfər xəstəxanalıq oldu
22 Dekabr 2013 / 17:29 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Qaradağ rayonu, Qızıldaş qəsəbəsində kütləvi dava olub. AzNews.az-a daxil olan əvvəlcə iki nəfər arasında başlanan kiçik mübahisə sonradan böyük davaya çevrilib. Belə ki, 10-a yaxın şəxs Taleh Əshərov adlı şəxsə hücum çəkərək onu döyməyə başlayıblar.

Taleh isə onlardan canını qurtarmaqdan ötrü yaxınlıqda ərzaq mağazası işlədən qardaşı Oktayın yanına qaçıb. Onu döyən şəxslər isə bu dəfə mağazaya hücum edərək, hər iki qardaşı möhkəmcə döyüb, mağazanı dağıdıblar. Dava zamanı Taleh bıçaq xəsarəti, Oktay isə kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən möhkəm zədə alıb. Qardaşlar dərhal Musa Nağıyev adına xəstəxanaya çatdırılıb.

Xəbəri aldıqdan sonra AzNews.az-ın əməkdaşı xəstəxanaya yollanıb və xəsarət alan şəxslərin yaxınları ilə söhbət edib. Onlar bildiriblər ki, cinayəti törədən şəxsləri tanıyırlar. Lakin onların saxlanması üçün polis hələlik heç bir addım atmayıb: “Məsələ ilə bağlı polisə şikayət etmişik. İş Şövqi adlı müstəntiqdədir. Lakin o, hadisədən üç gün keçməsinə baxmayaraq, işi törədənlərin heç birini dindirməyib.

Bu gün onunla əlaqə saxladıq, dedi ki, gərək həmin adamları tapıb mənə versinlər ki, dindirim. Məsələ burasındadır ki, heç bizim uşaqları da dindirməyiblər. Bizim uşqaları döyən, dələduzluq edən həmin uşaqlar daim dava salır, müxtəlif məqsədlər üçün adamları döyüb, təzyiqlər göstərirlər, lakin polis həmin şəxsləri saxlamır. Yəqin bu dəfə də o niyyətdədirlər”.

Əməkdaşımız Şövqi adlı müstəntiqin nömrəsini alıb, məsələnin nə yerdə olması ilə maraqlanmağa çalışıb, lakin o heç bir telefonu açmayıb.

Qaradağ Polis İdarəsinin növbətçi hissəsindən isə məslə barədə məlumatlı olduqlarını bildirsələr də, hadisə ilə bağlı geniş məlumat verəsi səlahiyyətli şəxslərin işdə olmadığını bildiriblər: “Bu gün istirahət günüdür, sabah zəng vurun, ətraflı məlumat versinlər”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə