Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cənub bölgəsi üzrə kurator haqqında şok-İDDİA
Cənub bölgəsi üzrə kurator haqqında şok-İDDİA
23 Dekabr 2013 / 1:07 / Baxış sayı: 8
Font1 Font2 Font3 Font4

Prezident Adminstrayasının cənub bölgəsi üzrə kuratoru qiymətlərin qalxması ilə bağlı qardaşını əvvəlcədən xəbərdar edərək qaz vurub qazan doldurub

Sabirabad rayonundan PİA.AZ-a verilən məlumata görə yanacağın qiymətinin qalxmamışdan 1 ay öncə Sabirabad Neft Bazasının müdiri Bayram Bağırov min tonlarla benzin və neft yanacaqların satın alaraq anbarlarında toplayıb.
Daxil olan məlumatda bildirir ki, Sabirabad Neft Bazasının direktoru oktyabr ayında ətrafındakı yaxın adamlara bildirib ki, dekabrın sonunda  ölkədə yanacağın qiyməti qalxacaq. Ona görə də təcili neft məhsullarını alıb toplamaq lazımdır.
Mənbəninin bildirdiyinə görə oktyabr ayının sonunda Sabirabad ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlərə göndərilən neft məhsulları Neft bazasının direktoru Bayram Bağırov tərəfindən topdan satın alınıb. Qeyd olunur ki, bir qayda olaraq qaçqınlara və məcburi köçkünlərə ayrılan yanacağın əvəzinə icra hakimiyyətləri pul verir və həmin yanacaqları daha sonra özlərinə məxsus yanacaqdoldurma məntəqələrində satırlar.
Məlumatlı şəxs  bildirir ki, Qaçqınkomun yerli şöbələri və məcburi köçkünlərin icra nümayəndələri ilə anlaşan Bayram Bağırov 35 qəpiyə 6 vaqon neft alıb. Həmçinin Sabirabad Neft Bazasının direktorunun adamları noyabr ayında qonşu rayonlarda satılan benzin və neft məhsullarını gizli şəkildə başqa başqa adlar vasitəsi ilə alaraq Sabirabaddakı Neft Bazaya daşıyıblar.
Məlumata əsasən oktyabr və noyabr aylarında Sabirabad Neft Bazasının anbarlarında min tonlarla yanacaq toplanılıb və artıq həmin yanacaq indiki qiymətlərlə satışa çıxarılıb. Məlumatda o da vurğulanırdı ki, Bayram Bağırova yanacağın qiymətinin qalxma vaxtını dəqiq olaraq Bakıda hansısa yüksək çinli məmur xəbər verib.

PİA.AZ-ın bu barədə apardığı araşdırmalar isə maraqlı nəticələr ortaya qoyub. Belə ki, araşdırmalarımız nəticəsində məlumolub ki, Sabirabad Neft Bazasının direktoru Bayram Bağırov Prezident Adminstrasiyasında Cənub bölgəsi üzrə kurator Vəfadar Bağırovun qardaşıdır və benzinin qiymətinin qalxmasının dəqiq vaxtını məhz Vəfadar Bağırov qardaşına çatdırıb. Həmçinin Qaçqınkomun yerli şöbələri və məcburi köçkünlərin icra nümayəndələri ilə anlaşmaq üçün Vəfadar Bağırov öz vəzifə nüfuzundan istifadə edib. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə