Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Anar Məmmədlinin apellyasiya şikayəti təmin edilmədi
Anar Məmmədlinin apellyasiya şikayəti təmin edilmədi
23 Dekabr 2013 / 18:06 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin apellyasiya şikayətinə baxılıb. Vəkil R. Hacılının verdiyi məlumata görə, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi A. Məmmədlinin barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Apellyasiya şikayəti həmin qərardan verilib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Anar Məmmədli və Bəşir Süleymanlının Cinayət Məcəlləsinin 192.2.2, 213.1 və 308.2, Elnur Məmmədovun isə həmin məcəllənin 192.2.2, 213.1, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan əməlləri törətmələrində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində başqa yerə getməmək haqqında iltizam, Anar Məmmədli barəsində isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə