Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Abdulla Gül İlham Əliyevi təbrik etdi
Abdulla Gül İlham Əliyevi təbrik etdi
24 Dekabr 2013 / 12:44 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Türkiyə prezidenti Abdulla Gül prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Təbrik məktubunda deyilir:

– Cənab Prezident, əziz qardaşım,

Doğum gününüzü türk xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Dost və qardaş Azərbaycan son 10 ildə Sizin müdrik liderliyinizlə inkişaf sahəsində böyük irəliləyiş əldə etmiş və beynəlxalq arenadakı statusunu gücləndirib.

Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan münasibətləri də regionumuz üçün bənzərsiz sabitlik amilinə çevrilib.

Zati-aliləri, prezident seçkilərindən sonra 2013-cü il noyabrın 12-13-də ölkəmizə səfəriniz strateji əhəmiyyətə malik əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verib.
Zati-aliləri, əziz qardaşım, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə