Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistanla bağlı “yol xəritəsi” imzalanıb
Ermənistanla bağlı “yol xəritəsi” imzalanıb
24 Dekabr 2013 / 18:23 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
Gömrük İttifaqı ölkələri Ermənistanın bu quruma üzvlüyü ilə bağlı “yol xəritəsi”ni imzalayıblar.

“RİA Novosti”nin məlumatına görə, bu gün Avrasiya Ali İqtisadi Şurasının dövlət başçıları səviyyəsində keçirilən toplantısında Ermənistanın Gömrük İttifaqına üzvlüyü və Vahid İqtisadi Məkana (Rusiya, Belarus və Qazaxıstan daxildir) birləşməsi ilə bağlı tədbirlər planına dair qərar və bəyanatlar imzalanıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına qoşulması üçün “yol xəritəsi”ni xüsusi rəylə imzalayacaqlarını bildirib: “Dağlıq Qarabağ problemi ilə əlaqədar Gömrük İttifaqının sərhədləri məsələsinə dair izahat istəyirik.  Gömrük İttifaqının sərhədləri məsələsi, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu sərhədlərin Ermənistanda haradan keçəcəyi açıq qalır. Ona görə də biz həmkarlarımızla birlikdə “yol xəritəsi”ni xüsusi rəylə imzalayacağıq”.

Xatırladaq ki, Ermənistan Gömrük İttifaqına qoşulmaq barədə 2013-cü ilin sentyabrında qərar qəbul edib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə