Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Qəzənfər Ağayev kreslosunu itirir
Qəzənfər Ağayev kreslosunu itirir
25 Dekabr 2013 / 14:12 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Fevral ayından etibarən icra başçıları ilə bağlı dəyişikliklərə başlayanacaq. Bu barədə arxiv.bizimxeber.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, bu dəyişiklik bir sıra rayonları əhatə edəcək və xeyli sayda icra başçısı işdən çıxarılacaq. Onların yeniləri ilə əvəzlənəcəyi və ya başqa rayonlara göndəriləcəyi isə hələlik tam məlum deyil. Bilinən odur ki, bir sıra rayonların rəhbərliyindəki dəyişiklik total xarakter daşıyacaq. Məlumatlarda qeyd olunur ki, işdən çıxarılacaq şəxslərdən biri Astaranın icra başçısı Qəzənfər Ağayev olacaq. Daha doğrusu, bu məsələ artıq dəqiqləşib. Səbəb isə icra başçısının Masallı və Astara rayonlarındakı bazarları ələ keçirmək üçün açıq şəkildə addımlar atması olub. Bununla bağlı yuxarı dairələrə çatan məlumatlara ilkin mərhələdə sərt reaksiya verilməsə də, sonradan məlum olub ki, Qəzənfər Ağayevin hərəkətləri ciddi narazılıqların əsasını qoyub. Hətta iş o yerə çatıb ki, Astara və Masallıda bu olaylarla əlaqədar etirazlar da başlaya bilərmiş. Məlumatı verən mənbəə bildirir ki, məsələdən xəbərdar olan rəsmi şəxslər Qəzənfər Ağayevi ümumiyyətlə, İcra Hakimiyyəti sistemindən uzaqlaşdırmaq qərarına gəliblər.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə