Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hərbi Prokurorluqdan Səfər Əbiyevlə bağlı açıqlama
Hərbi Prokurorluqdan Səfər Əbiyevlə bağlı açıqlama
26 Dekabr 2013 / 11:00 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Ölkə mərbuatı son günlər sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı yeni məlumatlar yayıb.

Generalın keçmiş fəaliyyətinin milli təhlükəsizlik orqanları tərəfindən araşdırıldığı, Səfər Əbiyevin özünün isə ev dustağı kimi xüsusi xidmət orqanları əməkdaşlarının tam nəzarəti altında saxlanıldığı iddia olunur. Eyni zamanda, hərbi prokurorluq orqanları tərəfindən Müdafiə Nazirliyi sistemində geniş miqyaslı yoxlamalar aparıldığı və bunun eks-nazirlə əlaqəli olduğu vurğulanır.

arxiv.bizimxeber.az-ın məlumatına görə, modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Respublika Hərbi Prokurorluğuna müraciət edib. Hərbi Prokurorluqdan verilən açıqlamada hərbi sahədə, hərbi hissələrlə bağlı yoxlamaların mütəmadi aparıldığı inkar olunmayıb, amma bunun Səfər Əbiyevlə bağlılığını təkzib ediblər.

“Respublika Hərbi Prokurorluğu hərbi sahədəki fəaliyyətlə bağlı mütəmadi olaraq yoxlamalar aparır, amma bu o demək deyil ki, həmin yoxlamalar mediada iddia olunduğu kimi, Səfər Əbiyevlə bağlıdır. Bu yoxlamaların sabiq nazirlə hər hansı əlaqəsi yoxdur”-deyə Hərbi Prokurorluqdan bildirilib. Açıqlamada eyni zamanda Səfər Əbiyevin ev dustağı kimi saxlanılmasından da xəbərsiz olduqları qeyd edilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə