Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Hakimiyyət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir”
“Hakimiyyət Anar Məmmədlinin həbsi ilə bağlı bəyanatları öyrənir və dəyərləndirir”
26 Dekabr 2013 / 11:24 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
“Azərbaycan cəmiyyəti Anar Məmmədlinin həbsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin dəyərləndirmələrini və bəyanatlarını mənasız, əhəmiyyətsiz məsələ hesab etmir”.
arxiv.bizimxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.Şöbə müdiri qeyd edib ki, Azərbaycan hakimiyyəti bu bəyanatları öyrənir və dəyərləndirir: “Biz bu bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik. Lakin Azərbaycan cəmiyyətinin özünün idarə olunma metodları, prinsipləri və qanuni əsasları var. Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmazdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alır. Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorluq lazımı açıqlamanı verib və təhqiqat gedir. Başqa yeniliklər olacaqsa, bununla bağlı da açıqlamalar veriləcək”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə