Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bayram günləri bu yollar bağlı olacaq- SİYAHI
Bayram günləri bu yollar bağlı olacaq- SİYAHI
27 Dekabr 2013 / 11:26 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Bakıda Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, dekabrın 31-də saat 18:00-dan etibarən Bakı-Astara yolunun 14-cü kilometrliyindən Bayıl qəsəbəsi və paytaxtın mərkəzi küçələri istiqamətində, Yusif Səfərov, Afiyəddin Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü ilə Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri və Azneft dairəsi istiqamətində, Bakı 3-cü kənar Dairəvi yolun Mikayıl Müşfiq küçəsi kəsişməsindən (maşın bazarının yanından) Parlament prospekti və Badamdar qəsəbəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Eyni zamanda, Dənizkənarı Milli Park boyu Neftçilər prospekti istiqamətinə fasilələrlə, kəsişən ətraf küçələrdən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Məqsəd Dənizkənarı Milli Parkda keçiriləcək bayram tədbirlərinə qatılan şənlik iştirakçılarının təhlükəsizliyini təmin etmək, bu istiqamətdə nəqliyyat sıxlığının və tıxacların yaranmasının, yol qəza hadisələrinin baş verməsinin qarşısını almaqdır.

İdarə bayram günlərində əhalidən şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.
Məlumatda bildirilib ki, Bakı yol polisi bayram günlərində dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində işləyəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə