Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Firudin Məmmədov: “Səttar Mehbalıyev dedi ki…”
Firudin Məmmədov: “Səttar Mehbalıyev dedi ki…”
27 Dekabr 2013 / 14:14 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4
“Dünən mənim rəhbərlik etdiyim nümayəndə heyəti Həmkarlar İttifaqları Konfederasiyasında bu qurumun sədri Səttar Mehbalıyevlə görüşüb. Görüşdə belə başa düşdüm ki, ətrafındakı insanlar Səttar Mehbalıyevi Qarabağ qazisi Zaur Həsənovun problemləri ilə bağlı düzgün məlumatlandırmayıblar”.

Bunu APA-ya açıqlamasında “Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini Firudin Məmmədov söyləyib.

F. Məmmədov Z. Həsənovun problemlərini və istəklərini S. Mehbalıyevə çatdırdıqlarını bildirib: “Səttar Mehbalıyev görüşdə Zaur Həsənovun obyektinin sökülməsi ilə bağlı məhkəmə qərarının olduğun bildirdi. Ancaq bu insanın obyekti 16-17 il fəaliyyət göstərib. Əgər məhkəmə sökülməsi barədə qərar veribsə, təzminat ödənilməli idi. Görüşün sonunda Səttar Mehbalıyev bizimlə razılığa gəldi. Dedi ki, Zaur Həsənovun sağalmasına və obyektlə bağlı probleminin həll olunmasına kömək göstərəcək. Bu vədə inanmaq istəyirəm”.

F. Məmmədov Zaur Həsənovun maddi problemlərinin həll olunacağına, obyektinin bərpa ediləcəyinə inandığını deyib: “Çünki bu məsələ dövlət rəhbərliyinin diqqət mərkəzindədir. Bu gün yenə də Səttar Mehbalıyevlə görüşəcəyik. Dünən səhiyyə naziri Oqtay Şirəliyev də xəstəxanaya gəlib, Zaur Həsənova baş çəkib, müalicəsini nəzarətə götürüb. Səhiyyə nazirinin bu gün də xəstəxanaya gəlməsi gözlənilir. Bu gün Yeni Azərbaycan Partiyası icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı Zaur Həsənova baş çəkmək üçün xəstəxanaya gəliblər. Bizim üçün hazırda əsas məsələ Zaur Həsənovun yaşamasıdır”.

F. Məmmədov Z. Həsənovun özünə qəsd etməsinin səbəbkarı olan insanların cəzalandırılmasını da tələb etdiklərini vurğulayıb: “Bu işdə günahkar olanlar hüquqi məsuliyyətdən yaxa qurtarmamalıdır. Kim Zauru bu həddə çatdırıbsa, cəzalandırılmalıdır”.

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə