Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Deputat: “Azərbaycanda siyasi məhbus yoxdur”
Deputat: “Azərbaycanda siyasi məhbus yoxdur”
27 Dekabr 2013 / 18:29 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Rəbiyyət Aslanova: “Bəzi beynəlxalq təşkilatlar “siyasi məhbus” adı ilə ölkəmizi təzyiq altında saxlamağa çalışır”

“Azərbaycan demokratik dəyərlərlə idarə olunan ölkədir və burada hər kəs sərbəst şəkildə fikirlərini ifadə edə bilir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova Azərbaycanda siyasi məhbusların olmasına dair yayılan hesabatlara münasibət bildirərkən belə deyib.

O, bildirib ki, Azərbaycanda olan demokratik şərait, söz azadlığı digər ölkələr üçün nümunə sayıla bilər: “Təəssüf ki, ölkəmizdə marağı olan beynəlxalq dairələr, onların buradakı “sözçüləri” hər vəchlə ölkədə həyata keçirilən inkişafa kölgə salmağa, bu yolla öz şəxsi maraqlarını həyata keçirməyə çalışırlar.

Onlar Azərbaycanda söz azadlığının pozulmasını, siyasi məhbusların olmasını iddia edərək, ölkəmizi gözdən salmağa çalışırlar. Bu gün ölkədə istər sərbəst toplaşmaq, istərsə də söz azadlığı ən yüksək səviyyədə təmin olunub. Müxalifət partiyalarına aksiyalar keçirmək üçün müvafiq yerlər ayılıb, müxalif mətbuat orqanları dövlət yardımlarından bəhrələnə bilir. Əgər müxalifətin aksiyasına çıxan yoxdursa, bu sərbəst toplaşmaq azadlığının pozulması yox, müxalif düşərgənin etimadı itirməsi kimi qiymətləndirilməlidir. Azərbaycanda siyasi məhbus yoxdur. Heç kim siyasi mövqeyinə görə, həbs olunmayıb. Sadəcə bəlli beynəlxalq təşkilatlar “siyasi məhbus” adı ilə öz maraqlarını həyata keçirməyə, ölkəmizi təzyiq altında saxlamağa çalışır”.



Deputat: “Azərbaycanda siyasi məhbus yoxdur” yazısına 1 şərh yazıldı

Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə