Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Nəsimi DYP-si «bayrampulu» yığır?
Nəsimi DYP-si «bayrampulu» yığır?
28 Dekabr 2013 / 11:44 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Yol kənarında saxlanılan maşınların cərimə meydançasına aparılması isə ayrıca gəlir yeridir 

Nəsimi rayon DYP-nin əməkdaşları Yeni İl qabağı «bayram reyd»lərinə başlayıblar. Bu barədə JAM.AZ-a məlumat verən vətəndaşların bildirdiyinə görə, bu «bu reyd»lər əhalinin təhlükəsizliyini və ya yol-hərəkət qaydalarının tənzimlənməsi məqsədi daşımayıb. 

Belə ki, DYP əməkdaşları yoldan keçən maşınları saxlayaraq, onların yol hərəkətqaydalarını «pozduq»larını əsas gətirərək, bayramqabağı «şirinlik» istəyirlər. Hətta iş o yerə çatıb ki, belə vəziyyət intensiv şəkil alıb. Sürücülərdən alınan pulun miqdarı isə maşının modelinə görə dəyişir. Məsələn, nisbətən bahalı maşınların sürücülərindən tələb olunan «cərimə» 50 manata qədər yüksəlir.

JAM.AZ-a şikayət edən vətəndaşlar həmçinin onu da deyiblər ki, məsələ təkcə DYP əməkdaşlarının sürücüləri saxlaması ilə bitmir. Həmçinin evekuator vasitəsi ilə yol kənarında dayanmış avtomobilləri də «Cərimə Meydançası»na aparmaqla Yeni İl xərcliklərini çıxarmağa çalışırlar. Elə buna görədir ki, hətta yol kənarında qadağan işarəsi olmadığı halda yol polisinin əməkdaşları avtomobilləri aparırlar. Bu zaman hər maşın üçün 40 manat cərimə tələb edən DYP əməkdaşları heç bir güzəşti də qəbul etmir.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə