Загрузка...
Xəbər lenti

Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

YAP-çı deputat qrupu qazinin yas mərasimində – Fotolar

29 Dekabr 2013 / 13:53 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Mərhum qazinin atası Həsən Həsənov virtualaz.org saytının müxbirinin suallarını cavablandırıb.

O, öncə bu günə təyin olunduğu deyilən etiraz aksiyası ilə bağlı fikirlərini bildirib: “Heç bir aksiyaya ehtiyac yoxdur. Aksiya elə burada gedir. Zaura görə mənə başsağlığı verməyə gələn minlərlə adamın bu hərəkəti, Zaurun döyüş dostlarının, Qarabağ əlillərinin və veteranlarının burada olmasının özü elə ən yaxşı aksiyadır, bizim ailəyə mənəvi dəstəkdir”.

H.Həsənov onun adından yayılmış bir fikrə də münasibət bildirdi: “İndi mənə dedilər ki, mətbuatda mənim adımdan belə söz yayılıb ki, guya müxalifətçilərin yas mərasiminə gəlməsinə etiraz etmişəm. Mənim belə etirazım olmayıb. Yas mərasimi elə bir mərasimdir ki, ora kim istəsə gələ, başsağlığı verə bilər”.

*     *     *

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bu dəqiqələrdə YAP-çı deputatlar Fəttah Heydərov, Hadı Rəcəbli, Siyavuş Novruzov yas mərasiminə gəliblər.

Onları Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov müşayiət edib.

*    *     *12:28

Virtualaz.org saytının hazırda Lökbatanda, mərhum Zaur Həsənovun ata yurdunda olan əməkdaşının bu dəqiqələrdə verdiyi xəbərə görə, orada bir neçə çadır qurulub.

Qarabağ qazisinin son mənzilə yola salmaq üçün yüzlərlə adam yığılıb.

Müxbirimiz bildirir ki, hələ nə YAP-dan, nə də müxalifət partiyalarından heç kim gəlməyib. Mərasimə yığılanlar əsasən mərhumun qohumları, yaxınları və Qarabağ qaziləridir.

Qarabağ qazisi Rey Kərimoğlu virtualaz.org-a açıqlamasında deyib ki, saat 14:00-da törən düzənlənəcək, sonra isə mərhumun nəşi Bibiheybət məscidinə aparılaraq dini qaydalara uyğun olaraq son mənzilə yola salınacaq. Dəfn mərasimi saat 15:30-da olacaq.

R.Kərimoğlunun sözlərinə görə, dəfndən sonra saat 16:00-da Qarabağ qazilərinin ayrıca toplantısı olacaq. O, daha bir məlumat verdi. Dedi ki, sosial şəbəkələrdə saat 16:00-da Bakının mərkəzində etiraz aksiyasının keçiriləcəyi barədə xəbərlər yayılıb və Qarabağ qaziləri başda olmaqla ictimai-siyasi fəallar həmin aksiyaya dəvət olunub. Amma R.Kərimoğlu deyib ki, onların bu aksiyada iştirakı nəzərdə tutulmur, çünki deyilən vaxt onlar dəfn mərasimində olacaqlar.

R.Kərimoğlu onu da vurğuladı ki, Zaur Həsənovun ailəsi hər hansı etiraz aksiyasının keçirilməsinə qarşıdır.

*    *    * 12:12

Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri dünən gecə dünyasını dəyişən Qarabağ qazisi Zaur Həsənovun dəfn mərasiminə qatılacaq.

Azvision.az-ın məlumatına görə, bunu YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Zaur Həsənovun ölümündən kədərləndik. Bütün insanlar kimi dəfn mərasiminə biz də qatılacağıq”-deyə, S.Novruzov əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov dünən axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, saat 22.10 radələrində dünyasını dəyişib.

*    *   * 02:18

Mərhum qazinin ata ocağından gələn ən son xəbərə görə, onun yaxınları ilk kəskin tələblərini irəli sürüblər.

Belə ki, qazinin ailə üzvləri, eləcə də Qarabağ qaziləri hadisəyə səbəbkar olmuş Səttar Mehbalıyevin gecə ilə vəzifəsindən uzaqlaşdırılmasını və cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Onlar eyni zamanda Zaur Həsənovun şəhid kimi dəfn edilməsini, məmurların da onun cənazə mərasimində iştirak etməsini tələb ediblər.

*    *    *

Zaur Həsənovun cənazəsi artıq Lökbatandakı ata evindədir.

Virtualaz.org saytının hazırda Lökbatanda olan müxbiri xəbər verir ki, mərhum ailə üzvlərinin və yaxınlarının vidalaşması üçün ata ocağına aparılıb. Dəfn mərasiminə hazırlıq getdiyini deyən əməkdaşımız bildirir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Səhiyyə Nazirliyinin və Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri də Z.Həsənovun ata evindədir.

Rey Kərimoğlu virtualaz.org-un müxbirinə deyib ki, dəfn xərclərini Qaradağ RİH öz üzərinə götürüb. Qarabağ qazisi sabah saat 11:00-da Bibiheybət məscidinə aparılacaq. Dəfn prosesi isə saat 15:30-da Bibiheybət qəbiristanlığında olacaq. R.Kərimoğlu bildirib ki, Qarabağ veteranları Zaurun dəfni üçün xüsusi törən hazırlayacaqlar: “İlk dəfə olaraq Qarabağ qazisini xüsusi mərasimlə dəfn etmək lazımdır, bu ənənəni yaratmaq lazımdır. Onu layiq olduğu şəkildə ağırlayacağıq”

Z.Həsənov dünyasını dəyişəndən sonra Qarabağ veteranları və əlilləri prezident İlham Əliyevə müraciət ediblər. Bunu virtualaz.org saytının müxbirinə Qarabağ Müharibəsi Veteranları İctimai Birliyinin sədri Etimad Əsədov deyib.

E.Əsədov bildirib ki, veteranlar dekabrın 29-nun ölkədə matəm günü elan olunmasını tələb edirlər: “Biz həmçinin istəyirik ki, Zaur Həsənova şəhid statusu verilsin və o, Bakıda Şəhidlər Xiyabanında dəfn olunsun”.

*    *    *00:56

Əməkdaşımız xəbər verir ki, indicə mərhum qazi Zaur Həsənovun cənazəsinə evinə – Lökbatana aparılır.

*    *    *12:12

*    *   *02:18

*    *     * 23:34

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənovun cənazəsi Göy məscidə gətirildi

Virtualaz.org saytının hadisə yerindəki əməkdaşı xəbər verir ki, məscidin qarşısında mərhumun yaxınları və çoxsaylı Qarabağ əlilləri var. Məscidin ətrafında xeyli sayda polis əməkdaşları da var.

*    *    * 22:37

Özünü yandıran Qarabağ qazisi Zaur Həsənov 28 dekabr, saat 22.10 radələrində dünyasını dəyişib.

Bu barədə musavat.com-a jurnalist Rey Kərimoğlu məlumat verib. Xəstəxanadakı müxbirimiz faktı təsdiq edib.

Səhiyyə Nazirliyi əvvəlcə ölüm xəbərini təkzib edən açıqlama yaysa da, sonradan faktı təsdiqləyib. Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib.

5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”

Əməkdaşımız bildirir ki, artıq ölmüş qazi yuduzdurulmaq üçün məscidə aparılıb. Mərhum doğulduğu Bibiheybət kəndində dəfn olunacaq.

Müsavat.com-un müxbiri bildirir ki, hazırda səhiyyə nazirinin müavinləri, Qarabağ qazilərini özündə birləşdirən təşkilatların təmsilçiləri xəstəxanadadırlar.

Qeyd edək ki, bir neçə gün üzləşdiyi haqsızlıqlara etiraz etmək məqsədi ilə Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov bu gün axşam saatlarında müalicə olunduğu 5 saylı şəhər klinikasında koma vəziyyətinə düşüb. O, iddia edirdi ki,  deputat Səttar Mehbalıyev tərəfindən obyekti əlindən alınıb, bu səbəbdən də etiraz olaraq özünü yandırıb.

Şərh əlavə edin

Yuxarı Geri Ana səhifə