Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ADMİU-da Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib
ADMİU-da Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib
30 Dekabr 2013 / 12:45 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib.

Universitetdən arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, tədbiri rektor Timuçin Əfəndiyev açaraq bütün professor-müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik edib və təməli ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb:  “Bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 1991-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında ümummilli liderin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı milli birliyə çağırmışdır. Məhz bundan sonra dünyada yaşayan azərbaycanlılar bir ideya ətrafında sıx birləşdilər.”

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli öz çıxışında həmrəylik gününün ideoloji mahiyyətindən söz açdı: “Milli birliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının birliyi, dövlət müstəqilliyimizin dönməzliyi, Vətənin bütövlüyü, mənəvi-əxlaqi dəyərlərə sadiqlik bu məfkurənin əsaslarındandır”. Çıxışını davam etdirən natiq Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunmasını xalqımızın milli-mənəvi varlığını təsdiq edən amillərdən biri kimi dəyərləndirdi. Bu bayramın əsas məzmununun Azərbaycan xalqının vətənə bağlılıq, milli həmrəylik, milli birlik, azərbaycançılıq duyğusu və ideyaları ilə bağlı olduğunu vurğuladı.

Sonra söz tədris işləri üzrə prorektor, professor Rafiq Sadıqova verildi. O, çıxışında bünövrəsi ulu öndər Heydər Əliyev tərfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdi. Cənab Prezidentin bu yöndə həyata keçirdiyi uğurlu islahatlar, düyna azərbaycanılarının təşkilatlanması yönündə apardığı işləri barəsində mərasim iştirakçılarına geniş məlumat verdi.

Bayram tədbiri geniş bədii proqramla davam etdirildi.

 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə