Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müasir poeziya və müasir gəncliyə yaşlı nəslin rəyi…
Müasir poeziya və müasir gəncliyə yaşlı nəslin rəyi…
20 Yanvar 2014 / 14:54 / Baxış sayı: 56
Font1 Font2 Font3 Font4

Mən Texniki Universiteti bitirən və bütün səmərəli fəaliyyətimi istehsalata bağlıyan mühəndis olmuşam. Bakının küçələrində ailəmlə birgə gəzəndə uşaqlarıma üzlük materiallarla bəzədilən binaları görəndə fəxrlə demişəm;-Baxın, bu mənim əməyimlə ərsəyə gəlib…

Ancaq mən şeiri-poeziyanı daima sevmişəm, mütaliə etmişəm, incəsənətə meylli olub bütün opera və teatr tamaşalarına baxmışam. Məhz bu baxımdan əlimə qələm alaraq “Türk dünyası  ağsaqqalları ” qəzetinin baş redaktor müavini Şərafət Şəfanın  aləmə səs salan “ŞUŞADAN BOYLANAN XATİRƏLƏRİM” poemasina  öz rəyimi bildirmək qərarına gəldim. Şairənin yazılarına bələd olduğumdan deyə bilərəm ki, Şərafət xanım həyatda gördüyü haqsızlıqlara dözə bilmir və ürək sıxıntısıyla bu mövzuları qələmə alır.

Azərbaycanın musiqi beşiyi olan qədim Şuşanın dünya ictimaiyyətinin gözü qarşısında bədnam qonşulara şərait yaradılaraq işğal edilməsi, dinc əhalinin ev-eşiklərindən didərgin düşməsi şairəni dərindən düşündürən bir mövzu olmuşdur. Artıq neçə illərdi ki, öz qəmgin baxışları ilə bizə baxan qədim Şuşa şairəni bir an belə dinc  buraxmamış və bu torpaqları düşmən torpağı altından xilas edə biləcək ər oğlanlardan yazmaq qərarına gəlmişdir. Şairə Şuşada doğulan və lap erkən yaşlarından evlərini məcburən tərk edən  və bu gün doğma yurdunun iniltisinə dözə bilməyən bir gəncdən, Anar Xəlilovdan söhbət açır. Bu gənc Azərbaycanın bir çox ər oğlanları kimi özünü daima narahat hiss edir və doğma Qarabağın, Şuşanın azad edilməsi uğrunda daim vuruşa hazır olduqlarını bildirir  və mücadiləsini dayanmadan davam etdirir. O vuruşma ki, orada söhbət bütün Qarabağın azad edilməsindən gedir.

Şuşa bir an belə yadımdan çıxmaz,

Onun tərənnümü dillərə sığmaz,

Şuşanın hər yanı gözəl, təmtəraq,

Bülbülün cəhcəhi verərdi soraq.

Baxıb yal-yamaca qəlb açılardı,

Qəlbimdən sevincli söz saçılardı.

Dərib qoxlayaqdım tər bənövşəni,

Gəzib dolaşardım hər bir guşəni…

Misralarında Şərafət Şəfanın Anar tək oğlanların simasında Şuşanın həm gözəlliyini, həm də füsunkar mənzərəsini heç vaxt yaddan çıxmayacağını, onun azadlığı uğrunda canlarından keçən iğidlərinin olmasından xəbər verir. Bir diqqətçəkən məqam da Anarın Elxanla söhbətidi.Yəni, Anar kimi oğullar tək deyil. Elxan kimi silahdaşları var.

Dayanıb Elxanla Anar üz-üzə,

Ürəklər danışır baxıb göz-gözə.

Anarın nisgildən rəngi qaralıb,

Elxanın da qəlbin min qübar alıb

Misraları Şuşa həsrətindən söz açır.

Tarixdə heç vaxt  alınmayan, düşmənə baş əyməyən Şuşa nisgilini qələmə alan şairənin özünün də poemada həsrətlə yazıb –yaratdığı hiss olunur. Azərbaycan  200 il (1813- Gülüstan müqaviləsi) bundan əvvəl Araz çayı boyu iki yerə parçalanaraq tarixin tilsiminə düşmüşdüsə, bu gün Qarabağ və onun mirvarisi sayılan Şuşa,  siyasi tilsimə düçar olmuşdur. Ancaq Şərafət xanım Anarın şəxsiyyətində bütün azəri oğlanlarının bu tilsimi açaraq, ona birdəfəlik son qoyacaqlarını təsvir edə bilmişdir.

Bilirsən, mənim də yazmaqdır peşəm,

Sənin əməlindən buta hörmüşəm.

Sən əsər yaratdın, əyilməz başın,

Sənlə qürur duyur dostun-sirdaşın-

deyən şairə Anarın hərəkətindən dostlarının qürur duymasından söz açır. Poemada Şuşanın Azərbaycan oğullarının hamısına daima  xatirə olmasından və onu xilas etməyə hazır olduqlarından söhbət gedir. Şairə yazır:

Məşhur Şuşamızdan  deyim mən sizə,

Acı bir yaş dolsun gözlərinizə…

misrasında Şuşaya olan vətən həsrətindən və onun qəribsəməsindən söhbət gedir. Mənim hadisələrə qədər Şuşada olmağım, İsa bulağına gedərkən daima iki yaşlı kişinin, birinin kamanda çalması, digərinin qaval ilə “Qarabağ şikəstəsi” oxumasını xatırladıqca gözlərimə şairənin dediyi kimi acı yaş dolur. Burada Molıla Pənah Vaqifin :_ Bizim Qarabağın abu-havası, Açılmamış bayatıdır, bayatı”-  misraları Şərafət Şəfanın poemasında da öz əksini tapır.  Gəlin Şərafət xanımın öz arzularını dinləyək: “Eşq olsun Azərbaycanın belə oğullarına! Arzu edirəm ki, bu poemanın davamı gözəl Şuşamızda, gözəl Qarabağımızın hər guşəsində yazılsın!”.

Mən indi atəşəm, alovam, odam,

Qəmli misralara tamamən yadam.

Mən qartal səsiyəm, şir nərəsiyəm,

Vətənin üstündə titrəyəsiyəm.

Burda min naxşı var bizim Anarın,

hər yerdə izi var candan yananın- deyən şairə poemanı bitirir və yuxarıda deyildiyi kimi poemanın davamını gözəl Şuşamızda yazılmasını mən də el ağsaqqalı olaraq qəlbən arzulayıram.

Yuxarıda qeyd etdiyim kimi mən yazar deyiləm, sadəcə oxucu və el ağsaqqalıyam. Öz dünya görüşüm, ahıl baxışımla oxuduqlarımı qələmə alıram və rəy yazıram.  Poemada sözügedən igidimizin, Anar Xəlilovun gənclərə örnək siması qəlbimizi fərəhlə doldurur. Bu poemada Şərafət xanımın hadisələri düzgün şərh etməyi bacaran, ağlayanla ağlayan, gülənlə gülən vətənpərvər bir şairə olduğunu duyuruq.  Sizə və əsərin qəhrəmanına  yeni –yeni müvəffəqiyyətlər, Şərafət Şəfa!

 

Mayıl Əliyev

Azərbaycan Ağsaqqallar Şurası  N TK-nın üzvü,

 Nizami rayon Ağsaqqallar Şurasının sədri



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə