Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Erməni nazirlər təşvişə düşüb
Erməni nazirlər təşvişə düşüb
20 Yanvar 2014 / 16:00 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Ermənistan və separatçıların XİN başçıları görüşüblər

Ermənistan və Qondarma Dağlıq Qarabağ Respublikasının XİN başçıları görüşüb. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş bu gün İrəvanda baş tutub.

Ermənistan XİN mətbuat xidmətindən verilən məlumata görə, görüşdə xarici siyasət idarələrinin əməkdaşlığının nəticələri, Ermənistan və separatçı Dağlıq Qarabağ Respublikasında ötən il və cari ildəki işlər müzakirə olunub. Nazirlər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamasalınması prosesini də müzakirə ediblər.

Təmas xəttində erməni əsgərinin ölümü məsələsinə də münasibət bildirən XİN rəsmiləri bunu təxribat adlandırıblar. Eləcə də rəsmilər bu hadisəni Ermənistan və Azərbaycan XİN başçılarının görüşünü pozmaq cəhdi kimi qiymətləndirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə ANS PRESS-ə verilən məlumata görə, yanvarın 20-də Ermənistanın kütləvi informasiya vasitələri Dağlıq Qarabağ ərazisində guya Azərbaycan Silahlı Qüvvələrinin diversiya qrupunun qoşunların təmas xəttində atəşkəsi pozaraq təxribat törətməsi və erməni bölmələrinin itkilər verməsi barədə xəbərlər yayıb.

Ermənistan ordusundakı itkilər hərbi hissələrdəki nizam-intizamın aşağı səviyyədə olması, zabitlərlə əsgərlər, həmçinin Ermənistandan çağırılan əsgərlərlə Dağlıq Qarabağ erməniləri arasında qarşılıqlı münasibətlərin kobud surətdə pozulması nəticəsində baş verir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, qoşunların təmas xəttində hər hansı insident qeydə alınmayıb, Ermənistan mətbuatında yayılan məlumatlar dezinformasiya və təxribat xarakteri daşıyır. Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəsmiləri arasında bu yaxınlarda Parisdə görüş planlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə