Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İraq ordusu itki verərək geri çəkilib
İraq ordusu itki verərək geri çəkilib
20 Yanvar 2014 / 23:18 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

İraqın əl-Ənbar vilayətində İraq ordusunun silahlı qurplaşmalara qarşı apardığı əməliyyat zamanı əksəriyyəti orduya dəstək verən birləşmələrdən olmaqla 43 nəfər ölüb.

Təhlükəsizlik qüvvələrindən alınan məlumata görə, dünən küçəyə çıxmaq qadağasının elan edilməsindən sonra İraq ordusu vilayət mərkəzinə doğru irəliləməyə başlayıb. Ramadi şəhərinin cənub bölgəsinə çatan ordu birləşmələri ilə silahlı qruplaşmalar arasında gedən qızğın atışma nəticəsində orduya dəstək verən birləşmələrin birindən 42 nəfər ölüb, 17 nəfər yaralanıb. Atışma zamanı daha 1 mülki vətəndaşın öldüyü, 9 nəfərin xəsarət aldığı deyilir.

Yerli mənbələr ordunun xeyli sayda itki verməsi səbəbindən geri çəkildiyini bildirir, lakin İraq ordusu hələ heç bir açıqlama verməyib.

Qeyd edək ki, İraq ordusu ötən il dekabrın 21-dən əl-Ənbar vilayətinin Fəllucə və Ramadi şəhərlərində “İraq Şam İslam Dövləti”nə qarşı geniş əməliyyatlar aparır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə