Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Elşad Abdullayev Sevinc Babayevanın son məktubundan danışdı
Elşad Abdullayev Sevinc Babayevanın son məktubundan danışdı
21 Yanvar 2014 / 10:43 / Baxış sayı: 36
Font1 Font2 Font3 Font4
“Sevinc Babayevanın ”məktubu” həqiqətə uyğun olmayan, zərərçəkəni təhdid etməyə yönəlmiş, böhtan xarakterli yazıdır”. Bu sözləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev mərhum Sevinc Babayevanın ölümündən əvvəl Bakı Prokurorluğuna yazdığı iddia edilən məktubla bağlı mövqeyini açıqlayarkən deyib. Sevinc Babayevanın yazdığı iddia edilən həmin məktubun mətni “Yeni Müsavat”da dərc olunub. Məktubda Elşad Abdullayev və qardaşlarının ünvanına sərt ittihamlar yer alıb.
E.Abdullayev cavab məktubunda S.Babayevanın sağlığında məktub şəklində yazdığı bütün iddialara cavab verib.
Sabiq rektorun  yolladığı müraciətdə S.Babayevanın məktubundakı bütün fikirlərə cavab verilib. E.Abdullayevin fikrincə, S.Babayevanın “məktub”u həqiqətə uyğun olmayan, zərərçəkmişi təhdid etməyə, böhtan atmağa və şərləməyə hesablanmış,  qondarma yazıdır. Sabiq rektor bu iddiasını belə arqumentləşdirir ki, qardaşı oğurlanandan 10 il sonra Gülər Əhmədovanı və Azərbaycanda adam oğurluğu ilə məşğul olan cinayətkar təşkilatı ifşa edən video görüntüləri ictimailəşdirəndən, Sevinc Babayeva öləndən sonra bu məktubun üzə çıxması inandırıcı deyil. Onun yazdığına görə, sözügedən məktubda yazılanlarla 26 sentyabr 2012 il tarixində Sevinc Babayevanın, Lyudmila Məmmədovanın və Tavat Şirinovanın youtube.com – dakı “500 min olsaydı” videosundakı Seva danışır” adlı qondarma cıxışı eynidir: “Bu şər və böhtan məktubunu başa düşmək üçün heç də hakim, müstəntiq və jurnalist olmağa ehtiyac yoxdur, adi vicdanlı bir vətəndaş olmaq kifayətdir ki bu məktubun qondarma olduğunu başa düşəsən. Bizim tərəfimizdən Sevinc Babayevanın hazıra qədər 30 % -lik yayılan gizli video görüntüləri var. Həmin videolarla qondarma məktubdakı və 26 sentyabr 2012-ci il tarixli youtube.com-dakı görüntülərdə aparılan danışıqlar tam bir-birinin əksi olan danışıqlardır. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov 26 sentyabr 2012-ci il tarixli qondarma məktub haqqında açıqlamasında bildirir ki, anasını Gülər Əhmədova zorla məcbur edib ki, Elşad Abdullayevin əleyhinə ifadə ver və danış . Kriminoloji – hüquqi baxımdan qondarma məktubun  yazılışı, məzmunu Gülər Əhmədovanın şərləmə dəsti xəttidir. Görünür Sevinc Babayeva İstanbula göndərilməzdən öncə döyülüb məktubu məcbur edib yazdırıblar. Bir sıra KİV-də və Sevinc Babayevanın anası məhkəmədə dedi ki, Gülər Əhmədova qızımı bir neçə dəfə ayağının altına salıb döyüb. Rus dilində təhsil alan Sevinc belə məktub yaza bilməz, onu kimsə məcbur edib qondarma məktub yazıb. Gülər Əhmədova ilə belə yaxşı münasibəti var idisə  niyə Sevincin oğlu Ayxan Məmmədov anasına, bacısına, başqa qohumlarına ”anam deyib ki, “məni Gülər zəhərləyib” deyib”.
E.Abdullayev məktubunda bir daha iddia edir ki, S.Babayevanı zəhərləyiblər. Onun fikrincə, “mandat qalmaqalı”nın əsas fiquruna qarşı çox güclü zəhərdən istifadə edilib: “Bir hüquq professoru kimi deyə bilərəm ki, belə gec öldürücü zəhərlər yalnız yuxarı instansiyanın sərəncamında ola bilər. Hətta təcrübə göstərir ki, dünyanın ən yaxşı ekspertləri də bunu müəyyən edə bilmir və bu barədə bir sıra müasir ekspert təcrübələri də bunu deməyə imkan verir. Qeyd etmək lazımdır ki, belə zəhərləyici maddələri müəyyən etməkdə Türkiyənin müasir texnoloji imkanları acizdır, onların Sevinc Babayeva haqqında verdiyi rəy sifarişilə alınıb. Hazırda belə texnaloji imkanlar yalnız ABŞ, Fransa və İngiltərədə mövcuddur”.
Sabiq rektor həmçinin G.Əhmədovanın məhkəməsində ifadə verən Tavat Şirinovadan da yazıb. E.Abdullayevin bildirdiyinə görə, T.Şirinova məhkəmədə aşağıdakıları bildirib: “Elşad Abdullayevdən narazı bir neçə şəxs var idi. ”Mərkəz” qəzetindən olan Zülfiyyə adlı jurnalist bizə gəldi, bizə pul veriləcəyini deyib şirnikləşdirdi və biz də çəkilişə razılıq verdik. Sonradan məlum oldu ki, sən demə, Gülər Əhmədova bizdən istifadə edərək Elşad Abdullayevin yaydığı videoya cavab olaraq bu videonu hazırlatdırıb yayıb”. Göründüyü kimi, Tavat Şirinova da təsdiq edir ki, bu məktub Gülər Əhmədovanın sifarişi ilə yazılmış qondarma məktubdur”.
E.Abdullayev S.Babayevanın məktubunda zərərçəkmiş kimi təqdim etdiyi Lyudmila Məmmədova məsələsinə də toxunub. Sabiq rektorun yazdığına görə, L.Məmmədova da S.Babayeva kimi bir gün də olsa, Azərbaycan Beynəlxalq Universitetində işləməyib: “Başqa maraq doğuran cinayət faktı budur ki, 13 may 2013 il tarixində youtube.com-da ictimailəşmiş video görüntülərdə Əli Terrazino mənim iş otağımda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun anasının adı ilə Rövşanədən sonra mənimlə danışan ikinci qadının səsi Lyudmila Məmmədovanın özü və səsidir, bu barədə biz vaxtilə məlumat vermişik. Nədənsə prokurorlugun istintaq və məhkəmə orqanları bu faktı bu günə qədər araşdırmayıb. Lyudmila adlı qadın nə məqsədlə Kəmaləddin Heydərovun anasının adı ilə mənimlə danışıb, ”axşam saat 18:00-də Mahir evdə olacaq” deyirdi, mən bunu anlamıram. Deməli, bunların mənim üstümə belə gəlmələrinin başlıca məqsədi MTN zabiti Mahir Abdullayevin oğurluq cinayətini gizlətməkdir. Bunları da mənim üstümə yönəldən Gülər Əhmədovadır və o, Mahir Abdullayevin oğurluq cinayətini bu günə qədər bilə-bilə gizlədir, hələ bu günə qədər prokurorluq və məhkəmə orqanları bu cinayətdə Lyudmila Məmmədovanın iştirakına qərəzli olaraq münasibət bildirməyiblər”.
Sabiq rektor S.Babayevanın məktubda yazdığı daha bir məqamın yalan olduğunu bildirib. E.Abdullayevin yazdığına görə, özü 21 sentyabr 2010 il tarixində Azərbaycanı tərk etdiyi halda, S.Babayeva, L.Məmmədova və T.Şirinova 2 ildən sonra iddia edir ki, E.Abdullayev Bakıda olmaya-olmaya onların üstünə “Kalaşnikov” silahı çəkib. Bu isə bir daha təsdiq edir ki, qondarma məktub şər və böhtandır”.
E.Abdullayev həmçinin S.Babayevanın məktubundakı “Elşad Abdullayev Gülər Əhmədovanı, onun həyat yoldaşını və oğlunu işdən çıxartdırıb” iddiasına da cavab verib. Onun yazdığına görə, G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov “mandat videosu” yayılana qədər AzTV sədrinin l müavini vəzifəsində calışıb: “Azərbaycan qanunlarına görə,  AzTV-in sədri və l müavini prezidentin fərmanı ilə təyin edilir, bu səlahiyyət prezidentə məxsusdur”.
Məktubunda həmçinin qardaşının oğurlanması, ABU-nun əlindən alınması, G.Əhmədova ilə aralarında olan danışıqları yada salan E.Abdullayev bunları təfərrüatlarla açıqlayır. Son bir ildə bu məzmunda dəfələrlə detallı yazılar yazdığımız üçün təkrarçılığa varmırıq.
E.Abdullayev sonda fikirlərini belə ümumiləşdirib ki, S.Babayevanın hər iki qondarma məktubu həqiqətə uyğun olmayan mənəvi terrordur: “Sosial şəbəkələrdə ictimailəşmiş video görüntülər əlahəzrət faktdir. Sosial şəbəkələrdə bu gizli video görüntülərə 6 milyondan çox şəxs baxıb. Kimsə bunu inkar edə bilməz. Belə qondarma məktublar isə suda batanın saman çöpündən yapışması deməkdir. Qondarma məktubun məqsədi aşağıdakı ağırlaşdırıcı cinayət hallarını gizlətməyə hesablanıb: 1. MTN zabiti Mahir Abdullayevin külli-miqdarda pulun müqabilində geri qaytarılmasını gizlətməyə xidmət edir, bu qədər maddi sübutların ortada olmasına baxmayaraq, hələ bu günə qədər heç kim məhkəmə məsuliyyətinə cəlb olunmayıb; 2. Azərbaycan Beynəlxalq Universitetinin təsisçiliyindən imtina edib, onu MTN polkovniki Fikrət Əliyevin adına keçirmə cəhdini gizlətməyə xidmət edir. 3. Deputat seçkilərilə bağlı törədilən cinayət əməllərini gizlətməyə yönəlib. Gülər Əhmədova hər bir cinayəti mənimlə yüksək ali vəzifəli şəxsin  adı ilə aparıb. Ona görə də MTN zabiti Mahir Abdullayevin oğurluq cinayəti 10 ildir ki, açılmır. Bir hüquq professoru kimi hesab edirəm ki, Gülər Əhmədovanın əməlində hədə – qorxu gəlməklə rüşvət alma kimi cinayət tərkibi var (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsinin qeyd bəndi). Bu zaman, Gülər Əhmədovanın əməllərində AR Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında cinayətdə iştirakçılıgı mövcuddur. Cinayətin başçısı, rəhbəri, təşkilatçısı və digər iştirakçılarının da məhkəmə məsuliyyəti müəyyən edilməlidir. Ancaq prokurorluq-hakimlər tərəfindən bu günə qədər ört-basdır edilir. Onun cinayət  əməllərində  Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi -adam oğurluğu və Cinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi- insanları zorakılıqla yoxa çıxarma kimi cinayətlərdə iştirakçılığı öz əksini tapması hüquqi zərurətdir. Ancaq, qeyd olunanları nəzərə alaraq  deputat Gülər Əhmədovanın əməllərinə ”İnsanları zorakılıqla yoxa çıxarma “ cinayəti kimi hüquqi qiymət verilməlidir”.
Sabiq rektor G.Əhmədovanın bu günlərdə keçiriləcək apelyasiya məhkəməsi üçün də hakimə cinayət işinin xeyli detallarını açıqlamaq istədiyini yazıb: “Gülər Əhmədova qanuna zidd əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 110-cu maddəsi insanları zorakılıqla yoxa çıxarmaya görə ağır cinayət məsuliyyəti müəyyən edib – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 110-cu maddəsinə görə  insanları zorakılıqla yoxa çıxarma dedikdə ”Dövlətin və ya siyasi təşkilatın göstərişi, dəstəyi və ya razılığı ilə uzun müddət ərzində qanuni müdafiədən kənarlaşdırmaq məqsədilə şəxsi tutma, həbs etmə və ya oğurlama və sonradan şəxsin azadlıqdan məhrum edilməsini danma və ya onun aqibəti, yeri barədə məlumat verməkdən imtina etmə  başa düşülür”.
E.Abdullayev sonda cavabını belə yekunlaşdırıb ki, S.Babayevanın ölümqabağı yazdığı iddia edilən məktub şər maşının əxlaqsızlığıdır. Onun sözlərinə görə, prokurorluq-məhkəmə sistemi cinayəti açmaq əvəzinə zərərçəkmişi qorxutmaqla məşguldurlar: “Məndən ötrü 11 dəfə Fransadan əliboş qayıdıblar”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə