Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Çəkisi 80 kq-dan çox olan məmurlar işdən qovula bilər
Çəkisi 80 kq-dan çox olan məmurlar işdən qovula bilər
21 Yanvar 2014 / 13:01 / Baxış sayı: 26
Font1 Font2 Font3 Font4

LDPR lideri Vladimir Jirinovski qeyri-adi təkliflə çıxış edib

Rusiya Federasiyası Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenə də qəribə açıqlama ilə çıxış edib. ANS PRESS-in “İnterfax”a istinadən verdiyi xəbərə görə, fraksiya lideri çəkisi 80 kq-dan artıq olan dövlət məmurları və deputatıarın işdən qovulmasını təklif edib: “Biz standart hazırlayırıq, 80 kiloqramdan artıq çəkisi olan çinovniklər işdən kənarlaşdırılmalıdır”.

Jirinovskinin sözlərinə görə, hazırda bütün dünya piylənmə ilə mübarizə aparır: “Böyük Britaniyanın baş naziri Kemeron bir gün şəkərdən istifadə və qazlı sulardan imtina etmişdi. İndi körpələrdən tutmuş 50 yaşına qədər hamı qazlı su içir, konfet yeyir”. Onun sözlərinə görə, şəkər tozu, duz, çay və kofe sağlamlıq üçün zərərlidir. Bunlar hamısı konserogen və narkotikadır.

Jirinovski yanında oturan deputat Aleksandr Starovoytovdan çəkisinin nə qədər olduğunu soruşub. Parlamentari əvvəlcə etiraf etməsə də sonra çəkisinin 98 kq olduğunu deyib.“Çəkinizi atın, mənim çəkim 108 kilo idi, indi 98 kq olmuşam. İlin sonuna kimi 90 kiloqram olacaq”-deyə Jirinovski ona cavab verib.

LDPR lideri həmçinin Kommunist partiyası lideri Gennadi Züqanova da söz atıb: “Bəs Züqanov çəkisini atmağı düşünürmü? Yox. O, yubileyindən sonra bir az da kökəlib. Ona o qədər hədiyyə verilib ki, ömrünün sonuna kimi kifayət edər”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə