Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Xələf Xələfov Ərdoğanın oğlundan danışdı
Xələf Xələfov Ərdoğanın oğlundan danışdı
21 Yanvar 2014 / 13:15 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Türkiyənin bir sıra internet saytlarında ölkənin baş naziri Rəcəb Təyyib Ərdoğanın oğlu Bilal Ərdoğanın guya Azərbaycana qaçması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazir müavini X.Xələfov Publika.Az-a açıqlamasında deyib: “Mən bu məsələni şərh etmək istəmirəm. Ona görə ki, bu cür məlumatlar şayiələrə əsaslanan, ajiotaj və sensasiya naminə yayılan xəbərlərdir. Eyni zamanda bu cür məlumatlar sırf Türkiyənin daxili proseslərinə hesablanmış məsələlərdir. Ona görə də bu məsələni şərh etməyə dəyməz.

Düşünürəm ki, Azərbaycanda hər bir vətəndaş, o cümlədən dövlət adamları Türkiyənin sabitliyini, inkişafını və rifahını arzulayır. Ona görə də bu cür şayiələrə inanmaq lazım deyil”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə