Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Rəsulzadənin nəvəsi şikayətləndi
Rəsulzadənin nəvəsi şikayətləndi
21 Yanvar 2014 / 14:48 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4
““Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı altında Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsini qoyan Məhəmməd Əmin Rəsulzadənin nəşi öz ölkəsində olmalıdır”. M.Ə.Rəsulzadənin siyasi-ictimai fəaliyyəti barəsində ANS PRESS-ə müsahibə verən politoloq Qabil Hüseynlinin fikrincə, insanlar onun şərəfinə abidələr ucaltmalıdır. Politoloq düşünür ki, azərbaycanlılar bu böyük insanın əziz xatirəsini yad edərək onunla qürur duymalıdırlar:

“Müstəqil Azərbaycan dövlətinin və Demokratik Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadədir. Məhz onun fəaliyyəti nəticəsində Çar Rusiyası tərkibində olan Azərbaycan müstəqillik qazanır və Şərqdə ilk Demokratik Cümhuriyyəti qurulur. Məhəmməd Əmin Rəsulzadə kifayət qədər böyük şəxsiyyət idi. O, Qafqazın o zamankı mürəkkəb ictimai-siyasi şəraitində müxtəlif dövlətlərin maraqlarının toqquşması zamanı manevr edərək Azərbaycanın istiqlalını elan etdi.

Qərb dövlətləri tərəfindən Versal sülh müqaviləsi imzalanarkən 1920-ci ilin yanvarın 21-də Azərbaycanın tanınmasına nail oldu. Onun yaratdığı və sədri olduğu Milli Şura isə Azərbaycanda ilk Parlament seçkilərini həyata keçirdi. İlk milli ordu quruculuğu da Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Bu səsbdən Azərbaycan xalqının milli qürur mənbələrindən biri olan şəxsin nəşi öz ölkəsində olmalıdır. İnsanlar onun şərəfinə abidələr ucaltmalıdır. Azərbaycanlılar bu böyük insanın əziz xatirəsini yad edərək onunla qürur duymalıdırlar”.

Qabil Hüseynli təklif edir ki, Rəsulzadənin adı təsisçisi olduğu Bakı Dövlət Universitetinə yenidən qaytarılsın. Politoloqun fikrincə, Rəsulzadənin irsinin davamçılarını cəmiyyətimizə tanıtmaq lazımdır. Q. Hüseynli eyni zamanda Məhəmməd Əminin Novxanıda yaşadığı evin isə xatirə muzeyi edilməsini istəyir.

Məhəmməd Əminin nəvəsi Rəis Rəsulzadə də politoloqun sözlərinə dəstək verərək və qeyd edir ki, onun adına layiq olan bütün işlər görülməlidir. Məhəmməd Əminin irsi davamçısı ANS PRESS-ə müsahibəsində Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsini arzu etdiyini bildirdi. Rəis bəyin fikrincə, onun evi tarixi muzey olmalı, xatirəsi əbədiləşdirilməli və bu işlər görüldükdən sonra isə Türkiyədən onun nəşi gətirilməlidir: “Rəsulzadənin 3 evini alıblar və heç birini də qaytarmırlar. Heç olmasa birini qaytarsınlar və oranı ev muzeyi etsinlər. Ona heykəl qoyulsun. Əvvəllər qəbul edilən proqramda bunlar olmalı idi amma olmadı. Onun kitablarını çap etdirsinlər. Bu məsələ də planda var idi. Bunların heç biri hələ ki, yerinə yetirilməyib. Bunlar yerinə yetirildikdən sonra onun nəşi Azərbaycana gətirilsin Bunun özü ona qarşı olan münasibəti göstərir. Sağ olsun Prezidentimiz sərəncam verib. Yaxşı ki də sərəncam verib. Bu məmurlar bu sərəncamı yerinə yetirmirlər. Bu məmur özbaşınalığı 20 ildən artıqdır ki bütün məsələri dondurur. Heydər Əliyev də vaxtında göstərişlər vermişdi. Amma onlar yerinə yetirilməyib. İlham Əliyev də sərəncam verib. Görək bu yerinə yetiriləcək ya yerinə yetirliməyəcək”.

Rəsulzadəyə qarşı ictimaiətdəki biganəlikdən də gileylənən Rəis Rəsulzadə Məmməd Əminə qarşı hücumların təşkil olunduğunu deyir:

“Bəziləri heç bilmirsən ki, kimdir, haranın alimidir ağlına gələni danışır. Nəsib bəy, Xoyski, Topçubaşov var idi. Heç birinə Rəsulzadəyə edilən hücumlar kimi hücümlar təşkil olunamayıb. Niyə Rəsulzadə hədəf götürüb ona hücum edirlər? Bunun prezidentə və hökumətə aidiyyəti yoxdur. Mən dırnaq arası bəzi yazarları nəzərdə tuturam. Bu ziyalılardan aslı olan bir məsələdir. Hər şeyi nəzərə alıb bu məsələri səhmana qoymaq olar. Rəsulzadə bizim hamımızın fəxrimizdir. Bizim ona ehtiyacımız var amma onun biz ehtiyacı yoxdur. O, dünya miqyaslı bir siyasətçi, Avropa miqyaslı bir demokratdır. Lazımı tədbirlər görülməlidir ki, Rəsulzadənin nəşi Azərbaycana gətiriləndən sonra xoşa gəlməz hadisələr baş verməsin. Onun nəşi vətənə gətirildikdən sonra harada dəfn olunması məsələsi müzakirə olunmalıdır.Onun ideologiyasından geniş şəkildə istifadə olunmalıdır”.

M. Ə. Rəsulzadə irsinin araşdırıcısı, tarixçi-alim Nəsiman Yaqublu isə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolunu müxtəlif adlarla qeyd edir. Tarixçi-alim 71 il ömür sürən Rəsulzadənin bütün fəaliyyətini Azərbaycanın azadlığı və mütəqilliyinə həsr etdiyini deyir: “Rəsulzadə Azərbaycanın görkəmli dövlət xadimidir. İlk dəfə olaraq bütün türk dünyasında ilk demokratik dövlətin əsasını qoyan şəxsiyyətdir. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixindəki rolunu müxtəlif adlarla qeyd etmək mümkündür. Yəni Azərbaycanın görkəmli dövlət xadimi, siyasi xadimi və s. Amma onun ən yaxın dostlarından biri olan Mirzəbala Məmmədzadə Məhəmməd Əmini Azərbaycan Milli Qurtuluş Hərakatının böyük ideoloqu adlandırıb. Yəni Azərbaycan dövlətinin ideoloji əsaslarını işləyib hazırlayan, eyni zamanda reallaşdıran, həyata keçirən Məmməd Əmin Rəsulzadə olub. 71 il ömür sürən Rəsulzadənin bütün fəaliyyəti Azərbaycanın azadlığı və mütəqilliyinə həsr edilib. O, bu mübarizəni 10 qədər ölkənin ərazisində aparıb”.

“İnsanlara hürriyyət, millətlərə islam” şüarı səsləndirən Rəsulzadənin Azərbaycanın istiqlalı uğrunda mübarizə apardığını deyən Nəsiman Yaqublu siyasi liderin həyat yolundan da danışıb:

“1908-ci ilin sonlarına kimi Azərbaycanda mübarizə aparan Rəsulzadə ilkin dövrlərdə bir sıra qəzetlərdə çalışıb. “Hümmət” təşkilatında da fəaliyyət göstərən siyasi xadim müxtəlif cəmiyyətlərdə fəallıq göstərib. 1909-1911-ci illərdə İranda fəliyyət göstərməyə başlayır. Burada göstərdiyi fəliyyətlə də İrandakı ən fəal ziyalılardan birinə çevrilir. 1913-cü ildə özünün əsasını qoyduğu Müsavat partiyasını təsis edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında böyük rol oynayır. Ən əsası isə Cümhuriyyətin dünya ölkələri tərəfindən tanınmasında, möhkəmlənməsində önəmli rol oynayır. Milli Şuranın sədri olan Rəsulzadə əslində Azərbaycan Xalq Cümhuriyyətinin əsas şəxsiyyətlərindən biri idi. 1918-ci ildə sentyabrın 15-də Bakının azad edilməsində Qafqaz İslam Ordusunun böyük rol oynamasında Rəsulzadənin böyük təsiri olub. Çünki həmin vaxtlar o İstanbula gedib və Türkiyə hökümətindən kömək istəyib. Bu səylərin nəticəsi idi ki, Bakı şəhəri azad edildi. 1918-ci ilin dekabrın 7-dən Məhəmməd Əmin Rəsulzadəni Azərbaycan Parlamentində fəaliyyət göstərdiyini görürük. Həmin il Azərbaycan Parlamentinin açılışında işlətdiyi “Bir kərə yüksələn bayraq bir daha enməz” sözləri bu gündə hər birimizin yaddaşında şüardır. O, Azərbaycan Parlamentində 114 iclasın təxminən 80-ə yaxınında iştirak edib. Bu isə Rəsulzadənin məhsuldar iş fəaliyyətindən xəbər verir”.

N. Yaqublu Məhəmməd Əminin Azərbaycanın işğalından sonra mühacirətdə fəaliyyət göstərdiyini və bir sıra qəzet nəşrlər çap etdirdiyini deyir. Onun sözlərinə görə, Rəsulzadə siyasi represiyaların qurbanı olub və bu səbəbdən 10 yaxın ölkədə Azərbaycanın istiqalalı uğrunda fəaliyyət göstərib:

“1920-ci ildə Azərbaycanın işğal edilməsindən sonra Məhəmməd Əmin mühacirətdə fəaliyyət göstərir. Əvvəlcə Rusiyada ciddi nəzarət altında yaşayır, daha sonra bir müddət Finlandiyada, Fransa, Almaniya və nəhayət 1922-ci ildən Türkiyədə fəaliyyət göstərir. 1931-ci ilə kimi Türkiyədə yaşayır və burada mətbuat fəaliyyəti ilə məşğul olur. Türkiyəni tərk etməsində isə əsas səbəb SSRİ ilə Türkiyə arasında bağlanan bir sövdələşmənin gizli bir bəndi idi. O bəndə əsasən SSRİ-yə qarşı Türkiyədə mübarizə aparılması qadağan edilirdi. Rəsulzadə məcburiyyət qarşısında Türkiyəni tərk edərək bir müddət Polşa və Almaniyada məskunlaşır. Burada da öz fəaliyyətini dayandırmır və qəzetlət, kitablar nəşr etdirir. Məmməd Əminin həyatının elə bir anı yoxdur ki, Azərbaycanla bağlı hansısa bir görməsin. Nəhayət 1947-cilin sonlarından Türkiyəyə qayıdan siyasi xadim ömrünün sonuna (1955-ci ilin mart ayına kimi) kimi bu ölkədə yaşayır. Buradada Rəsulzadə öz fəaliyyətini davam etdirir. 71 illik ömrünün sonuna kimi Azərbaycanın istiqlalı uğrunda, müstəqilliyi uğrunda işlər görür”.

M. Ə. Rəsulzadənin xatirəsinin əbədiləşməsini istəyən tarixçi alim N. Yaqublu bildirir ki, onun Bakıda heykəli qoyulmalı, ev müzeyi yaradılmalıdır. O həmçinin əlavə edir ki, Rəsulzadənin fəaliyyəti də elmi şəkildə ciddi olaraq araşdırılmalıdır.

Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi prosedurunu və digər prosesləri öyrənə bilmək üçün Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət etdik. Səfirlikdən isə bildirdilər ki, bu barədə məlumatlar müvafiq göstəriş verildikdən sonra verilə bilər: “Bu barədə bizə rəsmi göstəriş verilməlidir. Yalnız bundan sonra biz müvafiq plan hazırlayaraq Rəsulzadənin nəşinin Azərbaycanan gətiriliməsi barədə ictimaiətə məlumat verə bilərik. Hələlik məsələ ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə