Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Yanukoviç gözləməsə də, Kliçko getdi
Yanukoviç gözləməsə də, Kliçko getdi
21 Yanvar 2014 / 16:15 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Ukrayna UDAR Partiyasının lideri Vitali Kliçko prezident Viktor Yanukoviçlə danışıqlar aparmaq üçün hazırda Prezident Administrasiyasındadır. Bu barədə partiyanın mətbuat katibi Oksana Zinovyev bildirib.

“Vitali Kliçko Prezident Administrasiyasına gedib. Çünki, bu gün zorakılığı dayandıracaq tək insan var”, – söyləyib. UDAR Partiyanın mətbuat katibi görüş barədə razılığın hələlik əldə olunmadığını, prezidentin V.Kliçkonu gözləmədiyini bildirib.

Xatırladaq ki, dünən partiya lideri ilə dövlət başçısı arasında təkbətək görüş keçirilib. V.Kliçko bu gün keçirdiyi brifinqdə qeyd edib ki, prezident Viktor Yanukoviç vəziyyətin nizama salınması haqqında ona vədlər versə də, bu vədlər yerinə yetirilməyib. O, bu gün müxalifətin irəli sürdüyü beş tələbə cavab almaq üçün Yanukoviçin yanına yenidən gedəcəyini söyləmişdi.

Bu tələblər arasında növbədənkənar prezident seçkilərinin keçirilməsi və hökumətin istefaya göndərilməsi hazırkı hakimiyyət üçün daha ağır sayıla biləcək tələblərdir. V.Yanukoviç 2013-cü ilin dekabr ayında bildirmişdi ki, istefaya getmək niyyətində deyil və səlahiyyət müddətinin sonuna kimi postunda qalacaq. Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2015-ci ildə keçiriləcək.

UDAR Partiyası lideri həmçinin, xalqı təxribatlardan çəkinməyə, güc qaqşıdurmasından çəkinməyə çağırıb. O, bildirib ki, “Berkut” xüsusi təyinatlılarının bu gün və ya sabah gecə Qruşevski küçəsində keçirilən etiraz aksiyasının iştirakçılarını mühasirəyə alacağı və həbs edəcəyi ilə bağlı informasiyaya malikdir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə