Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İsa Qəmbəri həmməruzəçilərlə görüşə qoymayan xanım…
İsa Qəmbəri həmməruzəçilərlə görüşə qoymayan xanım…
21 Yanvar 2014 / 16:47 / Baxış sayı: 52
Font1 Font2 Font3 Font4

Müsavat başqanının keçmiş köməkçisi Yeganə Hacıyeva İsa Qəmbərin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşdə iştirak edə bilməməsində onu ittiham edənlərə cavab verib.

Partiyadan bu yaxınlarda istefa verən Yeganə Hacıyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, o, ümumiyyətlə, belə bir məktub almayıb: “Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ölkədə baş verən prosesləri diqqətlə izləyirlər. Mənim istefamla bağlı az sayda KİV oldu ki, bu barədə yazmasın. Beynəlxlaq təşkilatların əksəriyyəti bilir ki, mən artıq İsa Qəmbərin xarici məsələlər üzrə müşaviri deyiləm. İstefamdan sonra mən heç bir məktub almamışam”.

*   *   * 15:52

Müsavat Partiyası İsa Qəmbərin AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərinin Azərbaycandakı bəzi müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi görüşə dəvət almaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, Avropa Şurası Bakı ofisinin nümayəndələri ilə bu gün dəqiqləşdirilmiş məlumata görə, görüşə dəvət haqqında məlumat Müsavat Partiyası başqanının keçmiş köməkçisi, hazırda partiyanın üzvü olmayan şəxsə verilib: “Lakin məlumat partiya rəhbərliyinə çatdırılmayıb. Müsavat Partiyasının rəhbərliyi həmin görüşdə məhz bu səbəbdən – yəni görüşə dəvət barədə məlumat verilmədiyindən iştirak etməyib.

Müsavat Partiyası rəhbərliyinə olan dəvətlərin Müsavat Partiyası başqanının qəbul otağına – 012 447 46 56 saylı telefonla bildirilməsi məqsədəuyğundur”.  Xatırladaq ki, İsa Qəmbərin köməkçisi Yeganə Hacıyeva bu yaxınlarda partiyadan istefa vermişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə