Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Cəmil Həsənli Fərhad Əliyev haqda
Cəmil Həsənli Fərhad Əliyev haqda
21 Yanvar 2014 / 17:51 / Baxış sayı: 32
Font1 Font2 Font3 Font4

“Ötən il prezident seçkilərindən sonra əfv olunaraq azadlığa buraxılan və vaxtilə hüquqlarını müdafiə etdiyim Fərhad Əliyevlə bağlı məndə hər hansı məlumat yoxdur”.

Virtualaz.org bildirir ki, bunu modern.az-a Milli Şuranın sədri, professor Cəmil Həsənli ötən il azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə əlaqələrindən danışarkən deyib.

C.Həsənli sabiq naziri həbsxanada olarkən müdafiə etdiyini bildirib: “O, həbsdə olanda siyasi məhbusları müdafiə edirdim. Onu da müdafiə etmişəm. Azadlığa çıxandan sonra əlaqə saxlamaq onun işidir, mənim yox. Hazırda onunla heç bir əlaqəm yoxdur”.

Qeyd edək ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev ötən il oktyabrın 14-də azadlığa buraxılıb. Hazırda sabiq nazirin Londonda yaşadığı bildirilir.

Xatırladaq ki, Fərhad Əliyev dövlət çevrilişinə cəhd ittihamı ilə 2005-ci ilin oktyabrında həbs edilib. Amma 2007-ci il martın 5-də bu ittiham başqa icraatda birləşdirilərək, cinayət işindən ayrılıb və ona dövlət əmlakını mənimsəmə ittihamı irəli sürülüb.  2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində öz xidməti kabinetində həbs edilən F.Əliyev məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəmil Həsənli də bir müddət F.Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə