Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

20 yanvar facəsi İmişlidə də yad edilib
20 yanvar facəsi İmişlidə də yad edilib
22 Yanvar 2014 / 11:59 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

20 yanvar faciəsinin ildönümü ilə baglı  İmisli rayonunda da anım tədbiri keçirilib. Qanlı şənbə gecəsində rayonun 3 sakini hadisədən ziyan çəkib. Onlardan Sürayyə Babayeva isə sovet hərbçilərinin gülləsinə tuş gəlib və həyatını itirib.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər Şəhidlər xiyabanına gələrək ölkəmizin bütövlüyü yolunda şəhid olan vətən oğullarının məzarlarını ziyarət edərək tər qərənfillər düzüblər. 1941-45-ci il  Abidə kompleksi də ziyarət edilib.

Çıxış edən İmişli rayon Icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev 24 il əvvəl Sovet hərbi birləşmələrinin Bakıda törətdiyi qırğınlardan  günahsız insanlara qarşı edilən vəhşiliklərdən danışıb. Həmin gecə qəhrəman vətən oğullarının göstərdiyi qəhrəmanlıqlar konkret faktlarla yada salınıb.

Bildirilib ki, 20 yanvar faciəsi ölkəmizin tarixinə həm də qəhrəmanlıq səlnaməsi kimi daxil olub. Daha sonra məktəblilərin ifasında vətənə, torpağa həsr olunan şerlər söylənilib, ədəbi bədii kompozisiya nümayiş olunub.

Aysel
arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə