Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mingəçevir Bələdiyyə sədrinə cinayət işi açılıb?
Mingəçevir Bələdiyyə sədrinə cinayət işi açılıb?
22 Yanvar 2014 / 12:02 / Baxış sayı: 76
Font1 Font2 Font3 Font4

Cavanşir Yusifovun işinin şəhər prokurorluğunda araşdırıldığına dair məlumatlar yayılıb 

Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Cavanşir Yusifovla bağlı artıq xüsusi araşdırmaya başlandığına dair məlumatlar yayılıb. JAM.AZ sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, sözügedən şəxsin barəsində qaldırılmış iddia üzrə araşdırmalar Mingəçevir Şəhər Prokurorluğunda aparılır.

Məlumatlarda bu tədbirin niyə və nə üçün görüldüyü barədə heç bir bilgi yoxdur. JAM.AZ-ın əldə etdiyi bəzi məlumatlara görə, Cavanşir Yusifovla bağlı məsələ onun bələdiyyədəki fəaliyyəti ilə bağlıdır. İddialara görə, sözügedən şəxs şəhərdə xeyli sayda torpaq sahələrini qanunsuz satdığına görə, haqqında araşdırma qərarı verilib. Hətta o da deyilir ki, bələdiyyə sədri bir torpaq sahəsini bir neçə nəfərə satdığından gördüyü əməllərin üstü açılıb.

Bildirək ki, Cavanşir Yusifovun, həm də YAP Mingəçevir Şəhər Təşkilatının sədri olduğu deyilir.

arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə