Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Arif Hacılı Müsavat – AXCP qalmaqalını şərh etdi
Arif Hacılı Müsavat – AXCP qalmaqalını şərh etdi
22 Yanvar 2014 / 12:23 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Qafqazinfo”ya müsahibə verib.

– Son günlər müxalifətin siyasi gündəmi qarşlıqlı ittihamlar şəraitində keçir. Bu cür şəraitdə Müsavat rəhbərliyində təmsil olunanlar və partiya üzvləri özünü necə hiss edir?
– Biz müxalifət daxilində qarşılıqlı ittihamların olmasını, xüsusilə də bəzən müxalifətdaxili münasibətlərin kəskinləşməsinə səbəb olan böhtanların, təhqirlərin səslənməsini ziyanlı hesab edirik. Ona görə də Müsavat Partiyası tərəfindən birtəfəli qaydada bu mövzuya moratorium elan olunub. Bu moratorium yenə də qüvvədədir.
– Rəhbərlik moratorium qoysa da, sosial şəbəkələrdə bu cür ittihamlar hər gün davam edir. Yəni bu sanki qarşısıalınmaz prosesə çevrilib. Müsavatçı gənclər  yazırlar ki, moratoriumun götürülməsi üçün rəhbərliyə müraciət edəcəklər…
– Hazırda Azərbaycan cəmiyyətinin ciddi bir hissəsinin gedən prosesləri izləmək imkanı var. Konkret olaraq sosial şəbəkələrdə olan insanlar gedən prosesləri izləyirlər. Düşünürəm ki, durmadan ittihamlar irəli sürən, siyasi oponentlərin ünvanına böhtanlar və təhqirlər səsləndirən qüvvələr öz hədəflərinə yox, özlərinə daha çox ziyan vururlar. Ona görə də biz moratoriumu bundan sonra da davam etdirmək niyyətindəyik.
– Sizcə, bu cür vəziyyət nə qədər vaxta kimi davam edə bilər? Çünki prosesi izləyən insanlar demək olar ki, bundan iyrəndiklərini dilə gətirirlər.
– Gözləmək olardı ki, biz moratorium elan etdikdən sonra qarşı tərəf də oxşar addımı atacaq. Təəssüf ki, bizim moratorium haqqındakı qərarımızdan da istifadə edərək guya bizim deməyə sözümüz olmadığına susduğumuz kimi dəyərləndirdilər. Amma biz yenə də cəmiyyətin bu prosesi kifayət  qədər aydın şəkildə izlədiyi qənaətindəyik. Düşünürük ki, cəmiyyət kimin haqlı olduğunu müəyyən etmək səviyyəsindədir.
– Bu cür münasibətləri gərəksiz eqo, çürük ittihamlar hesab edirsiniz?
– Biz Azərbaycan cəmiyyətində gedən proseslərlə bağlı suallara cavab verməyə çalışmışıq. Mən bilirəm ki, bizim Milli Şuradan çıxmağımız cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.  Ancaq biz Milli Şuradan çıxmağınız səbəblərini və sonrakı dövrdə Milli Şura ilə münasibətlərin hansı şəkildə qurulması ilə bağlı istəklərimizi kifayət qədər aydın şəkildə ifadə etmişik. Bir daha deyirəm ki, biz Milli Şuradan çıxarkən qapını çırpıb getməmişik. Müəyyən ideoloji-siyasi baxışlarımızda olan fərqlər bu qurumda  fəaliyyətimizi bundan sonra da davam etdirməyimizi mümkünsüz etsə də, istər Milli Şuranın özü ilə, istərsə də Milli Şuraya daxil olan ayrı-ayrı siyasi partiyalar, ictimai birliklərlə nəinki əməkdaşlıq etməyi eyni zamanda hətta müttəfiqlik münasibətlərinin qurulmasını məqbul hesab etmişik. Biz Azərbaycan cəmiyyətinin maraqlarına uyğun siyasət yeritmək istəyirik. Təəssüf ki, Milli Şura daxilində bizim fəaliyyətimizə maneçilik törədən qüvvələr var idi. Ona görə də biz faktiki olaraq bu təşkilata uğurlar arzulamaqla öz fəaliyyətimizi partiya şəklində müstəqil qurmaq qərarına gəldik. Mən hesab edirəm ki, Müsavat Partiyasının qəbul etdiyi bu qərar düzgün qərardır və bu qərarın həm Azərbaycan cəmiyyəti, həm də bütövlükdə demokratik düşərgə üçün  həm də Müsavat Partiyasının özü üçün uğurlu qərar olduğunu yaxın zamanlarda hər kəs görəcək.
– Qeyd edirsiniz ki, Milli Şurada təmsil olunan qüvvələrlə ideoloji- siyasi fərqləriniz, sizə mane olanlar var idi. Fərqlilik nə idi?
– Milli Şurada olan siyasi qüvvələrin mütləq əksəriyyətinin  bu günki rejimə müxalif olduğu qənaətindəyəm. Hesab edirəm ki, onlar bizi guya hakimiyyətlə hansısa seperat əlaqələrdə ittiham etməklə böyük ədalətsizliyə yol verirlər. Bu cür təbliğat nəinki bizim, bəlkə də daha çox bu ittihamı irəli sürənlərin əleyhinə işləyir. Lakin bizim hansısa oxşar ittiham irəli sürmək niyyətimiz yoxdur. Milli Şurada olan siyasi qüvvələrin, ayrı-ayrı insanlar həqiqətən bu günki hakimiyyətə müxalif mövqədə dayanmış insanlardır. Sadəcə olaraq bu rejimə qarşı mübarizənin təşkili prinsipləri və metodları eyni zamanda Azərbaycanın gələcək geosiyasi inkişafı ilə əlaqədar Milli Şurada olan kifayət qədər ciddi qüvvələrlə fikir ayrılığımız var. Milli Şuradan ayrılmağımızın əsas səbəbi bundan ibarətdir. Əgər Azərbaycanda ciddi bir siyasi mübarizə prosesi başlayacaqsa, əgər bu prosesi Milli Şura başladacaqsa biz onunla olacağıq, yox Müsavat Partiyası başladacaqsa, Milli Şuranın bizimlə olmasını arzu edirik. Düşünürəm ki, belə də olacaq.
 
– Geosiyasi fərqlilik deyirsiniz. Qərbə inteqrasi ilə bağlı problem həll olunmamışdı ki?
– Bu məsələ ilə bağlı Azərbaycan cəmiyyətinə əlavə məlumatlar veriləcək.
 
– Partiyanın yenidən hakimiyyətlə işbirliyində günahlandırılacağı gözlənilən idimi? Yoxsa bu daha asan variantdır?
– Bundan əvvəl də bizi hakimiyyətlə işbirliyində ittiham ediblər. Hətta mən həbsxananın içində olduğum zaman mənə qarşı kampaniya gedirdi ki, guya Ramiz Mehdiyev mənim nüfuzumun qalxması üçün həbs olunmağım barədə göstəriş verib. Yəni əgər insan hər hansı şəxsə və ya təşkilata böhtan atmaq istəyirsə, onun üçün xüsusi bəhanə lazım deyil.
 
– Bu cür müxalifətdaxili savaşlar çox olub. Hər dəfə də seçki yaxınlaşanda bir araya gəlib blok yaradılaraq seçki prosesində iştirak edilib. Qarşıdan parlament seçkiləri gəlir. Bundan sonra yenə də bir arada olacaqsız?
– Siyasətdə istənilən məsələ haqqında “bu heç vaxt ola bilməz” fikrinin səsləndirilməsi mümkün deyil. Təbii ki seçki ərəfəsi müəyyən koalisiyalar qurulacaq. Ancaq bu koalisiyaların tərkibinin  nə cür olacağı barədə indidən proqnoz vermək çətindir.
– Bu cür qarşılıqlı tənqid, təhqirdən sonra niyə birmənalı deyə bilmirsiniz ki, bir arada ola bilməyəcəyik. Axı bu cür ittihamlar kəskin forma alıb.
– Müxtəlif adamların siyasi prosesdən kənarda durmaları guya hansısa müxalifətdaxili proseslərdən iyrəndiklərini iddia etməklə faktiki olaraq özlərini suğortalamaq istəyirlər. Çünki proseslər açıq müstəvidə gedir. Hər kəs kimin nə dediyini, kimin hansı cür fəaliyyət göstərdiyini, hətta hər bir siyasi partiyanın, siyasi xadimin fəaliyyət tarixçəsini öyrənmək imkanına  malikdir. Hər kəs özünə uyğun olanı seçərək fəaliyyətini göstərməlidir. Bundan əvvəl çox geniş təbligat kampaniyası qurulmuşdu ki, guya müxalifətin uğur qazanmamasının, hakimiyyət dəyişikliyinin baş verməməsinin bir səbəbi var. Bu da müxalifətin seçkilərdə vahid namizədlə iştirak etməməsidir. Biz seçkidə vahid namizədlə iştirak etdik. Seçki prosesində yenə aşağı-yuxarı əvvəl prosesdə iştirak etmiş insanlar iştirak etdilər. Müxalifətin birliyi yoxdur, mən prosesə qatılmıram deyənlər isə yenə də  prosesə qatılmadılar. Bunlar hamısı bəhanələrdir və geopolitik şərait, Azərbaycan cəmiyyətində gedən siyasi proseslər buna imkan verdiyi və insanlarda ciddi dəyişikliklərin olacağına inam yarandığı gün cəmiyyət fəallaşacaq. Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda fədakar mübarizəyə başlayacaqlar.
– Belə deyirlər ki, sizlər 20 ildir ki, özünüzü  müxalifət adlandırırsınız. Amma gerçək müxalifət Ukraynadakı kimi olar…
– Azərbaycanda da belə proseslər olub. Hesab etmirəm ki, son günlər Ukraynada gedən proseslərə həsəd aparmaq lazımdır. Çünki açıq-aydın görünür ki, proseslər zorakı müstəviyə keçir. Proseslər bu müstəviyə keçirsə, Yanukoviç hakimiyyəti bu prosesləri zorakılıqla yatırmaq fürsəti əldə edəcək. Belə bir fürsət hakimiyyətin əlindəki zorakı güc həmişə müxalifətdə olduğundan çoxdur. Mən hesab edirəm ki, Ukrayna xalqı çox böyük fədakarlıq göstərir. Təqiblərə, təzyiqlərə, çox soyuq havaya baxmayaraq öz haqları, Ukraynanın gələcək geopolitik inkişafının öz istəklərinə uyğun qurulması uğrunda mübarizə aparır Biz bu mübarizəni alqışlayırıq. Yenə də deyirəm ki, Azərbaycan xalqının kimlərdənsə nümunə götürməsinə xüsusi ehtiyac yoxdur. Sadəcə olaraq Azərbaycanın bu günki geoplotik vəziyyəti, Azərbaycanda mövcud olan hakimiyyətin mahiyyəti və xarakteri ölkədə belə bir böhranın yaranmasına  gətirib çıxarıb. Azərbaycan xalqı dəfələrlə mübarizənin önündə , təşkilatlanmaq qabiliyyəti, öz cəmiyyətini və dövlətini qorumaq imkanına malik olan xalq olduğunu həmişə göstərib. Düşünürəm ki, Azərbaycan xalqı bundan sonra da belə nümunələr göstərəcək.
– AXCP Müsavat savaşının qalibi varmı?
– Əslində, əgər təhqirlər, böhtalar olmasa siyasi qüvvələr arasındakı rəqabət şəraiti inkişafa stimul verir. Düşünürəm ki, təhqirlərə, böhtanlara yol verənər bu yolun nə qədər səmərəsiz olduğunu, heç kəsə xeyir vermədiyini başa düşərək bu yoldan imtina edəcəklər. Və əgər Azərbaycanda olan siyasi qüvvələr arasında normal rəqabət şəraiti olacaqsa, bu yalnız inkişafa stimul verəcək. Əbülfəz Elçibəy Müsavat ilə AXCP-ni müttəfiq rəqiblər, rəqib müttəfiqlər adlandırırdı. Təəssüf ki, indiki dövrdə bizim günahımızdan asılı olmayaraq rəqib müttəfiqlik daha qabarıq görünür. Müttəfiqlikdən çox rəqabət şəraiti üstün gəlib. Və hesab edirəm ki, gedən proseslərin fəsadlarını məhz bu amil yaradıb. Amma müxalifət düşərgəsində bundan da gərgin münasibətlərin olduğu dövrlər olub. Ancaq proseslər tədricən səngiyib və yenə də haqlı olanlar Azərbaycanda demokratik cəmiyyətinin qurulması uğrunda mübarizəsini davam etdiriblər Belə də davam edəcək.
– Bu iki partiyanın arasındakı münasibətləri “ayrılsaq da bərabəriz” şəklində ifadə etmək olarmı?
– Biz Azərbaycanda avtoritar rejimlə mübarizə aparan bütün qüvvələrlə birgə müttəfliq əməkdaşlıq qurulmasının tərəfdarıyıq. Hesab edirəm ki, ayrı-ayrı məsələlərdə fikir ayrılığı olsa da, ümummilli məsələlərdə, Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda mübarizədə funksional əməkdaşlıq münasibətlərinin qurulması mümkündür. Ancaq bundan sonra münasibətlərin nə cür olacağı yalnız bizdən asılı deyil. Bizim  xoşməramlı mövqeyimizə qarşı tərəfin nə cür münasibət bəsləyəcəyi bütövlükdə bu prosesə reaksiyası bizim gələcək münasibətlərimizin müəyyənləşməsində həlledici rol oynayacaq.
– Partiyalar arasındakı bu gərgin münasibətlərin qəzetlərdə də davam etməsinə münasibətiniz necədir?  
– Təbii ki söhbət konkret “Yeni Müsavat “ qəzetindən gedirsə, həmin qəzetdə Müsavat Partiyasının çox üzvləri, fəalları çalışır. Ancaq onlar jurnalist fəaliyyəti ilə məşğuldurlar. Biz bir qayda olaraq mətbuat orqanlarının işinə müdaxilə etmirik. Jurnalistlər nəyi nə cür yazmağı, hansı mövzunu işıqlandırıb hansı mövzu barədə susmağı diktə etmək ənənəmiz yoxdur. Və hesab edirik ki, demokratik düşüncəyə malik olan hər hansı bir siyasi təşkilatın mətbuatla əlaqadar davranışı bu cür olmalıdır.
– Müsavat Partiyasının yaxın dövr üçün planları nədən ibarətdir?
– Hazırda ciddi olaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqadar yubiley tədbirlərinin keçirilməsinə hazırlaşıq. Bu məqsədlə böyük bir toplantı keçirtmək niyyətindəyik. Rəsulzadənin Novxanıda olan heykəlini yad edəcəyik. Zaqatala şəhərində onun heykəli önündə tədbirin keçirilməsi planlaşıdırılır. Müsavat Gənclər Təşkilatı artıq maraqlı bir tədbir keçirdib. Belə bir tədbirin keçirilməsini Müsavat Partiyasının Qadınlar Təşkilatı da planlaşdırır . Yanvarın 30- da böyük bir toplantı keçirtmək üçün BŞİH-nə müraciət etmişik. Təəssüf ki hələ bizə cavab verilməyib. Tədbirlərimiz bununla yekunlaşmayacaq. Yanvarın 31-dən sonra da 2014- cü il ərzində Məhəmməd Əmin Rəsulzadənin həyatı bir ziyalı, dövlət xadimi kimi fəaliyyəti haqqında bir sıra müzakirələr təşkil edərək Azərbaycan cəmiyyətini məlumatlandırmaq  niyyətindəyik.
– Rəsulzadənin 130 illik yubileyi ilə əlaqədar verilən sərəncamın nəticəsi olaraq həyata keçiriləcək tədbirlərin siyahısı açıqlanıb. Gedişatdan razısınızmı?
– Açığı mən tədbilərin keçirilməsi barədə hər hansı məlumata malik deyiləm. Ona görə də gedişatdan razı qalmaq qeyri- mümkündür.
– Müsavat Partiyasının qurultayının ötən ilin sonuna kimi keçiriləcəyi bəyan edilmişdi. Amma keçirilmədi. Yenə də yer probleminə görə təxirə salmısınız?
– Qurultayla bağlı məsələlər partiya strukturlarında müzakirə olunur. Bu müzakirələr 9 oktyabr prezident seçkilərindən sonra daha da intensivləşib. Sabah Müsavat Partiyasının Divanının toplantısının keçirilməsi planlaşdırılır. Bu toplantıda da qurultayın keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunacaq. Biz ən qısa müddətdə partiyanın qurultayının keçirilməsində maraqlıyıq. Bunun üçün bizdən asılı olan hər şeyi görmək niyyətindəyik.


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə