Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda doğuş zamanı komaya düşən ana öldü – ŞOK
Bakıda doğuş zamanı komaya düşən ana öldü – ŞOK
22 Yanvar 2014 / 12:36 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4

Əkiz övlad dünyaya gətirən Günay Lalayeva uzun müddət müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyib

Günay Lalayevanı qeysəriyyə əməliyyatı edən 3 saylı klinik xəstəxanasının genekoloqu Seymur Ələkbərovun ANS PRESS-ə açıqlamasında ananın ölümündə özünü ganahkar bilmədiyini bildirib. Onun sözlərinə görə, qadın ötən ilin dekabrın 18-də qəbul olunarkən onun vəziyyəti ağır olub. Onu qeysəriyyə əməliyyatı ediblər və uşaqlar sağlam şəkildə dünyaya gəlib.

“Sonradan qadının halı pisləşib. Müəyyən etdik ki, ağciyərlərinə su yığılıb. Sonradan onu Mərkəzi Tibbi Xəstəxanaya göndərdik. Orada xəstəni əməliyyat etdilər. Həkimlər bildiriblər ki, onun uşaqlığında problem olub. Ona görə uşaqlığı çıxarılıb. Lakin qadının halı yaxşılaşmayıb. Ciyərlərinə və qarnına yenidən su yığılıb”, – deyə Seymur Ələkbərov bildirib.

Seymur Ələkbərovun sözlərinə görə, xəstənin yaxşılaşması üçün əlindən gələni edib. Lakin buna nail ola bilməyib. Qadın dekabrın 26-da onu Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Orada əməliyyatla onun uşaqlığını çıxarılıb. Bu əməliyyatdan sonra G.Lalayeva komaya düşüb. Vəziyyəti ağır olan gənc ana bundan sonra 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirovun ANS PRESS-ə verdiyi məlumata görə, Günay Lalayeva xəstəxanaya qəbul olunarkən ağır vəziyyətdə olub.

“Həkimlərimiz Günay Lalayevanın həyatını xils etmək üçün əllərindən gələni ediblər. Çox təəssüf edirəm, bütün səylərimizə baxmayaraq, qadının həyatın xils etmək mümkün olmadı”.

Saat 10:55

Ötən ilin dekabr ayının 18-də əkiz qız övladı dünyaya gətirən və komaya düşən ana bu gecə dünyasını dəyişib. Bu barədə qızın atası Nadir Lalayev ANS PRESS-ə məlumat verib. Onun verdiyi məlumata görə, qızı Günay Lalayeva xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Günay Lalayeva dekabrın 18-də 3 saylı xəstəxanada 2 qız uşağını qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.
Dünyaya gələn uşaqlardan birinin çəkisi 2 kiloqram 700 qram, digərinin çəkisi isə 3 kiloqramdır. Uşaqlar normal olsa da, ananın vəziyyəti pisləşib.

Sonradan Günayı yenidən əməliyyat etsələr də, heç bir xeyri olmayıb və qadın komaya düşüb. Dekabrın 26-da onu Mərkəzi Tibbi Xəstəxanaya yerləşdiriblər. Günayı həmin xəstəxanada yenidən əməliyyat ediblər. Onun bəzi orqanları, o cümlədən uşaqlığı çıxarılıb. Günayın qanının zəhərləndiyi də bildirilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə