Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanlı iş adamı qardaşını öldürmək üçün killer tutdu
Azərbaycanlı iş adamı qardaşını öldürmək üçün killer tutdu
22 Yanvar 2014 / 12:55 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Dekabrın 3-də isə cinayətkar tapançadan ona bir neçə dəfə atəş açır…

Azərbaycanlı iş adamı ona 250 min rubl borcu olan kiçik qardaşını killer vasitəsilə qətlə yetirib. “Qafqazinfo” xəbər verir ki, artıq Kemerova vilayətində sifarişli qətl işi məhkəməyə göndərilib.

Münaqişə 44 yaşlı azərbaycanlı ilə onun 30 yaşlı qardaşı arasında baş verib. Belə ki, kiçik qardaşı borcunu ödəmədiyi üçün böyük qardaş işsiz, yerli sakinlərdən birinə doğma qardaşını öldürməyi təklif edib, qarşılığında isə ona ev və pul verəcəyinə söz verib.

Killerə tapança verdikdən sonra böyük qardaş onunla cinayətin detallarını müzakirə edib. Beləliklə, dekabrın 3-də 42 yaşlı cinayətkar qurbanla görüşür və tapançadan ona bir neçə dəfə atəş açır.

Daha sonra cəsədi yarımçıq tikiliyə gətirərək, cinayəti gizlətmək üçün onu yandırır. Xəbərsiz yoxa çıxan kiçik qardaşın qohumları axtarış üçün polisə müraciət edirlər. İstintaq- əməliyyat tədbirləri nəticəsində 44 yaşlı azərbaycanlı kiçik qardaşını borcuna görə öldürtdüyünü etiraf edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə