Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıdakı məşhur FRESKO marketində SUPER fırıldaq
Bakıdakı məşhur FRESKO marketində SUPER fırıldaq
22 Yanvar 2014 / 13:47 / Baxış sayı: 12
Font1 Font2 Font3 Font4

“Biz sadəcə belə özbaşınalıq gözləmirdik”

Redaksiyaya Oleysa adlı oxucu tərəfindən maraqlı məktub daxil olub.

“Bu günlərdə ərim və uşağımla şəhərdə gəzirdik. Fresko adlı supermarketə girdik və oradan quru kilkə aldıq. Evə gəlib kilkənin paketinə baxanda şok olmuşduq. Sən demə, market heç nədən çəkinmədən paketin üzərində başqa qiymət, çəki və son istifadə tarixi yazıb. Məhsulun çəkisi 100 qramdan 450 qrama qədər “qaldırılıb”. Bəli, biz günahkarıq ki, mağazada paketə diqqətlə baxmamışıq. Biz sadəcə belə özbaşınalıq gözləmirdik”.

Məsələ ilə bağlı saytın əməkdaşı Azad İstehlakçılar Birliyinin rəhbəriEyyub Hüseynovla əlaqə saxlayıb. O, oxucunun qeyd etdiyi faktı istehlakçının aldadılması kimi qiymətləndirib.

“Bu gün bir çox məhsulların qiymətləri mağazaların xəzinələrində dəyişir. Piştaxtalarda bir qiymət, xəzinədə isə başqa qiymət olur. Misal üçün, piştaxtadan məhsulu 80 qəpiyə götürürsən, xəzinəyə çatanda bu qiymət 1 manat olur. “Fresko” mağazasında bu cür hadisələrin baş verdiyi barədə bizim təşkilata şikayətlər daxil olub. Bundan başqa, “Neptun” marketi ilə bağlı analoji şikayətlər daxil olub. Oxucu başına gələn hadisə ilə bağlı Azad İstehlakçılar Birliyinə məktub göndərsin. Biz həmin məsələni yoxlayacağıq”, – o əlavə edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə