Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılır – Avropa Məhkəməsində
Məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılır – Avropa Məhkəməsində
22 Yanvar 2014 / 14:25 / Baxış sayı: 30
Font1 Font2 Font3 Font4
Bu gün Avropa İnsan Haqları Məhkəməsində (AİHM) azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı iddiasına baxılmasına başlanıb.
APA-nın məlumatına görə, Dağlıq Qarabağdan olan azərbaycanlı məcburi köçkünlərdən “Çıraqov və başqaları Ermənistana qarşı” işinə AİHM-in Böyük Palatasında lüksemburqlu hakim Din Şpilmanın sədrliyi ilə baxılır.İclasda 21 hakim, o cümlədən AİHM-in Azərbaycandan olan hakimi Xanlar Hacıyev və Ermənistandan olan hakimi Alvina Gülümyan da iştirak edirlər.Azərbaycan tərəfini rəsmi olaraq Azərbaycanın AİHM-dəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov təmsil edir.

Azərbaycanlı məcburi köçkünlərin iddialarını Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin baş müşaviri Otari Qvaladze, vəkillər Malkom Shou, Urdaneta Vitek, Qabriel Lanski və Hannes Tretter müdafiə edirlər. Ermənistan tərəfdən də prosesə rəsmi təmsilçi və vəkillər qatılıblar.

İddiaçılardan isə iclasda Laçın rayonundan olan Akif Həsənov və Fəxrəddin Paşayev iştirak edirlər.

Qeyd edək ki, iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayırlar. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib. Adı çəkilən şəxslər iddia ərizələrində bildiriblər ki, Laçına qayıda bilmədiklərinə görə, öz mülkiyyətlərindən istifadə edə bilmirlər. Ermənistan hakimiyyəti isə buna rəğmən onların məruz qaldığı zərərin müqabilində təzminat ödəməyib. İddia ərizəsi 1-ci İnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci (mülkiyyətin toxunulmazlığı), 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinə əsaslanır. İddiaçılar həmçinin milli ayrı-seçkiliyə (14-cü maddə) məruz qaldıqlarını bildirib və qeyd ediblər ki, əgər erməni və xristian olsaydılar, onları evlərini tərk etməyə məcbur etməzdilər. Bu şikayət ərizəsi Avropa İnsan Haqları Məhkəməsinə 2005-ci il aprelin 6-da daxil olub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə