Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN: narahatıq
XİN: narahatıq
22 Yanvar 2014 / 16:47 / Baxış sayı: 20
Font1 Font2 Font3 Font4

Azərbaycan XİN İraqda baş verən son hadisələrlə bağlı yaranmış vəziyyətə dair öz təəssüf və narahatlığını ifadə edib.

İraqda son zamanlar baş vermiş hadisələri APA-ya şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan hər zaman İraqın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib: “Azərbaycan İraqda əmin-amanlığın və sabitliyin bərpa olunmasının tərəfdarıdır. Biz beynəlxalq koalisiya qüvvələrinin tərkibində İraqda sabitlik və təhlükəsizliyin bərqərar olunmasında bilavasitə iştirak etmişik və öz töhfəmizi vermişik”.

Qeyd edək ki, ötən həftə İraqda baş vermiş terror aksiyaları nəticəsində 59 nəfər həlak olub. Hazırda İraq ordusu iki həftə öncə Fəlluca şəhərini ələ keçirmiş sünni yaraqlılarla mübarizə aparır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə