Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanın Davos Dünya İqtisadi Forumunda iştirakı önəmlidir
Azərbaycanın Davos Dünya İqtisadi Forumunda iştirakı önəmlidir
22 Yanvar 2014 / 16:57 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4

Yanvarın 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gedib. Vətəninfo.az-a iqtisadi ekspert Arzuman Muradlı bildirib ki, Azərbaycanla Davos Dünya İqtisadi Forumunda Azərbaycanın iştirakı, Davos Dünya İqtisadi Forumu ilə ölkəmizin əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etməkdədir və bu inkişafın əsas səmərəliliyindən biri ölkəmizlə bağlı forumda səslənən mübət fikirlər, verilən qiymətdir.

“Davos Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlıq, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə də müsbət təsir göstərəcək. Ötən il Davos Dünya İqtisadi Forumunun ölkəmizdə keçirildiyini diqqətə alsaq, forumun son iclasında Azərbaycanla əməkdaşlıq etmək istəyən, ölkəmizdə iqtisadi layihələrə maraq göstərən dövlətlərin, beynəlxalq korporasiyaların marağı daha da artmış olacaq. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkəyə çevrilir.

TANAP layihəsi göstərdi ki, Azərbaycan Avropaya inteqrasiya yolunu tutmaqla bərabər, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında da ciddi rola sahib bir ölkə olacaq. Bununla yanaşı, Cənubi Qafqazda Avropa ilə Asiyanın kəsişdiyi məkanda özünü iqtisadi və siyası ağırlığı ilə Azərbaycan Avropa üçün cazibədar bir ölkədən daha çox həm də ən yaxşı müttəfiq və əməkdaşlığa hazır bir ölkədi”.

Arzuman Muradlı onu da qeyd etdi ki, Davos Dünya İqtisadi Forumu təkcə iqtisadi və maliyyə resurslarının müzakirə edildiyi bir forum deyil, eyni zamanda siyasi müstəvidə münasibətlərin inkişafı yönündə iştirakçı ölkələrin bir-birinə yaxınlaşması üçün də geniş bir imkandı: “Ona görə də Azərbaycanın Davos Dünya İqtisadi Forumunda iştirakı həm vacibdi, həm önəmli”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə