Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Mənimsənilən vəsaitin “faizi” icra başçısına çatır
Mənimsənilən vəsaitin “faizi” icra başçısına çatır
22 Yanvar 2014 / 18:53 / Baxış sayı: 118
Font1 Font2 Font3 Font4

Niyazi Bayramovun “gəlirli” təsərüfat idarələri; icra başçısı qaz vurub qazan doldurur…

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov keçmiş sələfindən heçdə geri qalmır. Belə ki, son 2 ildə şəhərdə ciddi şəkildə abadlaşdırma, yaşıllaşdırma, yenidənqurma təmir tikinti prosesləri getməsinə baxmayaraq, bu işlərin görülməsi üçün ayrılan milyonlarla manat dövlət vəsaitinin xərclənməsində ciddi korrupsiya hallarınının olduğu bildirilir.

PİA.AZ-a Mingəçevirdən daxil olan məlumata əsasən Niyazi Bayramovun da gəlir mənbəyi başqa rayon icra başçıları kimi büdcə təşkilatları və tikinti təmir işləridir. İcra hakimiyyətinə bağlı olan Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi,  Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi,  “Fərdi Yaşayış Sahələrinə Xidmət” İdarəsi və Şəhərin işıqlandırılmasına cavabdeh «İşıqlandırma» MMC-nin əli ilə hər il külli miqadarda vəsaitlər silinərək mənimsənildiyi iddia edilir.
Məlumata görə adı çəkilən qurumlara vəsaitlər əsasən mal materialların alınması üçün ayrılır. Amma Təsərrüfat rəisləri mal materiallara ayrılan pulları sənədləşdirmədə satınalma qiymətlərini şişirdərərək külli miqdarda mənimsəmilərə yol verirlər.
Məsələn Nazirlər kabinetinin əmri ilə 2013-cü ildə Mənzil  Komunnal Təsərrüfat Kombinatına 60 min,  Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə  150 min, «İşıqlandırma» MMC-yə 250 min manat mal material alınması üçün vəsait ayrılıb. Bundan əlavə şəhər büdcəsindən il boyu bu qurumlara üst üstə bir neçə milyon manata yaxın vəsait ayrılır ki, bu vəsaitlərin necə xərclənməsini müəsissə rəislərindən və icra başçısından başqa heç kəs bilmir. Məlumatda bildirilir ki, mənimsənilən vəsaitin müəyyən “faizi” icra başçısına çatdırılır.
Niyazi Bayramovun “gəlirli” təşkilatlarından biri də Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsidir. Keçən il məhz bu idarə vasitəsi ilə külli miqdarda dövlət vəsaiti ciblərə axıb. Belə ki, Mingəçevir şəhərinin yaşıllaşdırılması üçün ayrılan vəsaitlər əslində idarə müdirir Əli Ağamirov tərəfindən silinir və böyük hissəsi icra başçısına verilir.
Şəhərinyaşıllaşdırıması isə büdcə təşkilatlavrından və sahibkarlardan yığılan vəsait hesabına həyata keçirilir. İcra başçısının göstərişi ilə büdcə təşkilatlarının rəhbərləri  ildə bir neçə dəfə şəhərin yaşıllaşdırılması üçün pul yığırlar.  Eyni zamanda qeyd olunur ki, şəhərin təmizlənməsinə nəzarət edən Əli Ağamirov ay ərzində təmizlik marşurutlarının sayını bir neçə dəfəf şişirdərərək ay ərzində tonlarla yanacaq silir.
Məlumatlı mənbəmiz qeyd etdi ki, Niyazi Bayramov yuxarıda qeyd etdiyimiz kimi gəlirli büdcə təşkilatlarında hər ay öz “faizini” alır. Bu təşkilatların arasında Mingəçevir Səhiyyə İdarəsi, Təhsil şöbəsidə var və bu qurumlarla bağlı göndərilən məlumatları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırırq…
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə