Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Masallının icra başçısı da özünə qadın müavin gətirir
Masallının icra başçısı da özünə qadın müavin gətirir
23 Yanvar 2014 / 11:58 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Boradigah qəsəbə xəstəxanasının baş həkimi Aygün Quliyeva Nəsir Muxtarlını əvəzləyəcək 

Son dövrlər ölkədə icra başçılarının özlərinə qadın müavinlər təyin etməsi dəbə minib. Bir müddət əvvəldən başlayan prosesin bilavasitə Prezident Admnistrasiyasından verildiyinə dair iddialar var. Bunun hansı məna daşıdığı və nəyə hesablandığı isə məlum deyil.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, daha bir qadın müavini təyinatı yaxın günlərdə Masallıda reallaşacaq. Həmin məlumatda deyilir ki, rayonun icra başçısı Rafil Hüseynov bir neçə günə aktiv YAP-çı Aygün xanımı özünə ictimai-siyasi və humanitar məsələlər üzrə müavin postuna gətirəcək. Qeyd edilir ki, Aygün Quliyeva Masallı rayonu Boradigah Qəsəbə Xəstəxanasının baş həkimi vəzifəsində çalışır.

Hal hazırda Masallı İcra Hakimiyyətində eyni postu tutan Nəsir Muxtarlı isə başqa vəzifəyə keçiriləcək. Daha doğrusu, hazırkı ictimai-siyasi və humanitar məsələlər üzrə müavin aqrar məsələlər üzrə müavin postuna gətiriləcək. Həmçinin ona rayonun tikinti və memarlıq işləri də həvalə ediləcək.

 
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə