Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Təhsil Nazirliyidən məktəb yaxınlığında narkotik satışına cavab
Təhsil Nazirliyidən məktəb yaxınlığında narkotik satışına cavab
23 Yanvar 2014 / 12:15 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Narkotik məhsullarından istifadə halları gündən-günə artır

Bunların arasında artıq məktəbyaşlı yeniyetmə və gənclərə də rast gəlinir. Şirvan şəhərində məktəb yaxınlığında narkotik satan ərzaq mağazasının bir daha məktəb, kollec və ali təhsil müəssisələrinin tələbə və şagirdlərinin bu təhlükədən sığortalanmadığını göstərir. Bəs Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə hansı addımlar atılır?

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq “Şirvan Şəhər Təhsil Şöbəsinin məlumatında bildirilir ki, 10 nömrəli tam orta məktəblə adıgedən ərzaq mağazası arasında 100 metr məsafə vardır. Məktəb şagirdlərinin həmin mağaza ilə heç bir əlaqəsi mövcud deyildir. Mağaza sahibi Şəhər Polis Şöbəsi tərəfindən saxlanılıb”, – deyə qeyd edilib.

Məlumatda vurğulanıb ki, ümumiyyətlə, ümumtəhsil məktəbləri şagirdlərinin narkotiklərdən istifadə etməsi barədə Təhsil Nazirliyinə heç bir məlumat daxil olmayıb. “Narkotik və bu kimi zərərli maddələrdən istifadənin insan orqanizminə ziyanı barədə şagirdlərlə vaxtaşırı söhbətlər aparılır və təbliğat xarakterli tədbirlər həyata keçirilir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə