Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bələdçilər-Arif Əsgərov davası davam edir
Bələdçilər-Arif Əsgərov davası davam edir
23 Yanvar 2014 / 19:23 / Baxış sayı: 14
Font1 Font2 Font3 Font4

“Mənə öz kabinetində Rəhman müəllim dedi ki, çox qabağa getmə, səni əzərəm, haqqlarımızı tələb etdiyimiz üçün bizi şərləyirlər”

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi bələdçilərinin etirazları davam edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin yerləşdirilməsi və bu səbəbdən maaşlarının azalmasıdır. Etirazların nəticəsi isə hələ də yoxdur.

Yanvar ayının 11-dən başlayan və hələ də davam edən bələdçi aksiyalarına bu gün biri də qatıldı. Bələdçilər yanvarın 13-də Prezident Administrasiyasına etdikləri müraciətin nəticəsini öyrənmək üçün, administrasiyasının qarşısına toplaşıblar. Oradan aldıqları cavabla razı olmayan bələdçilər, məhkəmədən gələcək qərarı gözləyirlər. Bələdçilərin dediklərinə görə, onların haqları bərpa olmadan bu yoldan əl çəkən deyillər.

Bələdçilərdən Fərhad Səlimovun dediklərinə görə, internet üzərindən onlayn alınan biletlərdə ən böyük haqsızlıq edilir: ““Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi bizi haqsız yerə, səriştəsizlikdə, sərnişinlərə keyfiyyətsiz xidmət göstərməkdə, qanunsuz işlərdə günahlandırır amma özləri ən böyük qanunsuzluqlarla məşğuldurlar. İnternet üzərindən onlayn satılan biletlərdə insanlara zülm edirlər və onları aldadırlar. Əgər bir nəfər onlayn bilet alan zaman, ona, ən pis yerləri, tualetin yanı kimi yerləri satırlar. Çünki online satış onlara sərf etmir, çalışırlar ki, vətəndaş gəlib bileti kassadan alsın. Səbəb isə bundan ibarətdir ki, hər bilet satışı zamanı sərnişindən əlavə manatlar alınır. Bu pullar isə rəhbərliyin cibinə gedir. Əlbəttə ki, onlayn satış onlara sərf etməz. Bizi qanunsuz əməllərdə günahlandırırlar. Bu qədər bələdçinin hamısı qanunsuz əməllərlə məşğuldursa niyə bizi tutmurlar? Bunların hamısı şərdir, böhtandır. Utanmırlar, xəcalət çəkmirlər ki, bu qədər ailə başcısına şər atırlar”.

Bələdçi Cavanşir Qafarovun dediklərinə görə, haqlarını tələb etdikləri üçün onlara şər atmağa başlayıblar: “Elyar Muradov deyir ki, guya yeni qatarlar gətirilib. Amma yalan deyir. Yeni gətirilmiş adı verilən qatarlar əslində köhnə qatarlardır, sadəcə təmir edilib və rənglənib. Bunun sayəsində isə böyük pullar yeyilib. Bizə xalq düşməni, narkotik daşıyıcısı adı verirlər. Bunun səbəbi isə haqqımızı tələb etməyimizdir. Sabah başqa suçlamalarda ortaya çıxsa təcüblənmərəm. Bizim heç bir qanunsuz iş görmürük, halal zəhmətimizlə pulumuzu qazanmağa çalışırıq, ona da bunlar imkan vermirlər. Əsl xalqı aldadan Arif Əsgərovdur, Elyar Muradovdur, Ziya Məmmədovdur. Bunlardır bizim haqqımızı yeyənlər, camahatı aldadanlar. Biz heç vaxt narkotik kimi qanunsuz bir işə bulaşmarıq. Bizim ailələrimiz, uşaqlarımız var, heç birimiz istəmərik onların gələcəyini zəhərləyək”.

Digər şikayətçi Adil Balaxanovun dediklərinə görə, ən çox rüşvətxorluq və qanunsuzluq əməlləri, indiki idarə rəhbərlərinin vaxtında yaranıb: “38 il iş stajım var. Halal zəhmətimlə çalışmışam, haram yeməmişəm. Bu idarədə çox şeylər görmüşük. Araşdırsaz görərsiniz ki, ən çox rüşvətxorluq, qanunsuzluq indiki idarə rəhbərlərinin vaxtında yaranıb. Deyirlər ki, kişi bələdçilər işləmir, yaxşı xidmət göstərmir. Bu idarənin əs pis vaxtlarında, ən ağır vaxtlarında bu idarədə çalışan kişi bələdçilərlə, indi ixtisara düşən ki bələdçilər eyni insanlardı. Bu idarəni halal tərimizlə, zəhmətimizlə çalışıb ayağa qaldırmışıq, indi bu kişi bələdçilər lazım deyil? Bir il bundan qabaq, Kiyev qatarı bağlananda etiraz etdik. Etiraz edənlərin arasında ən çox fəallıq etdiyim üçün mənə təzyiq göstərdilər ki, ərizəmi yazıb işdən çıxım. Mənə öz kabinetində Rəhman müəllim dedi ki, çox qabağa getmə, səni əzərəm. Elə də oldu, məni əzdilər, işdən çıxardılar. Biz 80-100 manat maaş alırdıq, son iki ayda maaşı qaldırıb 200-210 manat ediblər. Bu qədər maaşla dolanmaq olarmı, qiymətlərin bu qədər baha olduğu bir zamanda.

Bələdçilərin dediklərinə görə, mətbuatda gedən xəbərlərdən sonar onlara bir neçə ləvazimat veriblər: “Etirazlarımızdan sonra bizə iki ədəd sabun, tualet kağızı, döşəmə taxtası veriblər. Bu qatarın tələblərini ödəmir. Bunu onlar özləri də yaxşı bilirlər. İndiyənə kimi bizə siyahı üzrə düşən ləvazimatları mənimsəyirdilər. Bundan sonra bəlkə haqqımızı qaytararlar. Bizim məhkəmə prosesimiz davam edir. Məhkəmədə Elyar Muradov deyir ki, guya etirazçı bələdçilərin sayı cəmisi 11 nəfərdir. Bu tamamilə yalandır. Şikayətçilərin sayı 100-ə yaxındır. Ehtiyac olsa öncədən günahsız yerə işdən çıxarılan 400 nəfər işçilərdə haqqını tələb etmək üçün məhkməyə gələ bilər. Nə etsələr xeyir yoxdur, biz haqqımızı onlardan alacağıq”.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəisi Elyar Muradov musavat.com-a açıqlamasında kişi bələdçilərin yeni qatarlara buraxılmama səbəbi kimi, onların sərnişinlərə düzgün xidmət göstərməməsi və qanunsuz yükləri daşımaqlarını göstərmişdi.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə