Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

AKP Rza Zərrabı həbsdən qurtarıb
AKP Rza Zərrabı həbsdən qurtarıb
24 Yanvar 2014 / 15:50 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

Türkiyədə keçirilən rüşvət əməliyyatında həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab bundan əvvəl artıq bir dəfə həbsdən yaxa qurtarıb.  AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə ötən il R.Zərraba məxsus 1,5 ton qızılın İstanbul aeroportunda saxlanması zamanı baş verib.

Həmin vaxt Rza Zərrabı pul və azadlıqdan məhrum edilmə cəzaları gözləsə də, bunu ancaq pul cəzası ilə məhdudlaşdırmaq mümkün olub. Hakim Ədalət və İnkişaf Partiyasının təkidi ilə qanunlara edilən dəyişiklik R.Zərrabın azadlıqda qalmasını təmin edib.

Belə ki, 5607 saylı qanuna edilən dəyişiklik qızıl qaçaqmalçılığına görə nəzərdə tutulan həbs və pul cəzasının ancaq pul cəzası ilə əvəz edilməsini təmin edib. Bu qərar aprelin 11-də qüvvəyə minib ki, bu da R.Zərrabı qızıl qaçaqmalçısı kimi məsuliyyətə cəlb edilməkdən azad edib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə