Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili deputatları səngərə çağırdı
Millət vəkili deputatları səngərə çağırdı
24 Yanvar 2014 / 17:58 / Baxış sayı: 104
Font1 Font2 Font3 Font4

“Cəmiyyətin və siyasi dairələrin də səngərdə olan əsgər və zabitlərlə həmrəyliyi son dərəcə vacibdir”

 

Bütün cəbhəboyu atəşkəsin pozulmasının səbəbləri formal xarakter daşımır, sistemli mahiyyətə malikdir”. Bunu ANS PRESS-ə açıqlamasında millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc söyləyib. O, cəbhə xəttində ermənilər tərəfindən atəşkəsin pozulmasnın Ermənistan hakimiyyətinin qərarı olduğunu söyləyib: “Bunu Ermənistanın səhra komandirlərinin öz fəaliyyəti kimi təqdim etmək olmaz”.

Z.Oruc qeyd edib ki, Azərbaycan siyasətçiləri, partiyalar, cəmiyətin narahatçılıqları səngərdə təhlükə ilə üz-üzə qalan əsgərlər və şəhidlərlə hələ ki, eyni deyil: “Biz hələ bunu narahatçılıqla izləyirik. Elə hesab edirik ki, bu vəziyyət ötüb geçəcək və hər şey əvvəlki qaydasına düşəcək. Zənn edirəm ki, ermənilərin bu planları haqqında Azərbaycanın hərbi kəşfiyyatında yetərli məlumatlar var və bu haqda ölkə rəhbərinə mütəmadi olaraq informasiyalar çatdırılır”

Millət vəkili Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni əsgərlərinə qarşı layiqli cavablar verilməsinin vacibliyi vurğulayıb: “Çox istərdim ki Azərbaycan Silahlı Qüvvələri ermənilərin hər bir atəşinə qarşı 3-4 qat artıqlığı ilə cavab versinlər. Biz nəhayət bilməliyik ki, hər hansı bir kompromiss axtarmaqla beynəlxalq qüvvələrin diqqətini bu məsələyə cəlb edə bilmərik”.
O, sonda cəmiyəti və siyasi partiyaları səngərdə olan əgərlərimizlə həmrəy olmağa səslədi.

arxiv.bizimxeber.az



Millət vəkili deputatları səngərə çağırdı yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə