Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

15 məktəb direktoru işdən azad edildi
15 məktəb direktoru işdən azad edildi
24 Yanvar 2014 / 18:36 / Baxış sayı: 6
Font1 Font2 Font3 Font4

Mikayıl Cabbarovun işdən çıxardıqları Təhsil Nazirliyi 2013-cü ildə Azərbaycanda fəaliyyətlərində yol verdikləri nöqsanlara görə işdən azad olunan və tənbeh edilən təhsil işçilərinin sayını açıqlayıb.

Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, ötən il ciddi nöqsanlara yol vermiş 15 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib, 21 şəxs barəsində digər intizam tənbehi görülüb.

Nazirlik ötən il ərzində ölkədə saxta diplom faktlarının aşkarlanmasına da münasibət bildirib. Qeyd olunub ki, ötən il Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı tərəfindən hüquqi əsası olmayan diplomların verilməsi faktları aşkar edilib və müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticəsində toplanılmış materiallar mövcud qanunvericiliyə uyğun hüquqi qiymətin verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Qeyd olunan faktlarla əlaqədar cinayət işi açılıb və istintaq aparılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə