Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şəmsiyyə Bəylərqızı-Gülər Əhmədova davası
Şəmsiyyə Bəylərqızı-Gülər Əhmədova davası
25 Yanvar 2014 / 11:32 / Baxış sayı: 16
Font1 Font2 Font3 Font4

Bakı İstintaq Təcridxanasında məhbus deputatla məhbus jurnalistin davasının şok təfərrüatları;

Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü Şəmsiyyə Bəylərqızı “Yeni Müsavat”a məktub göndərib. Sabiq həyat yoldaşı Əfşar Süleymaninin iddiası əsasında dələduzluqda ittiham olunaraq həbs edilən Ş.Bəylərqızı elə həmin təcridxanada saxlanılan sabiq deputat Gülər Əhmədova ilə aralarındakı konfliktin yaranma səbəblərini açıqlayıb. Məktubdan bəlli olur ki, dələduzluq maddəsi ilə həbs olunan Gülər Əhmədova ilə Şəmsiyyə Bəylərqızının davası sabiq deputat haqda içəridən sızan məlumatlara görə olub.

“Gülər imkan vermədi…”
Şəmsiyyə Bəylərqızı məktubunda yazır:
“Mənə atılan böhtana, çamura, hədyana görə 2 gün susdum. Susdum ki, bəlkə araşdırma aparılıb 11.01.2014-cü ildə “Yeni Müsavat” qəzetində gedən “Gülərqeyt”lə bağlı rəhbərlik (BİT rəhbərliyini nəzərdə tutur-E.M) informasiyanın haradan çıxdığını dəqiqləşdirə bildi.
Amma buna Gülər imkan vermədi. Gedib dedi ki, “mənim haqqımda informasiyaları Şəmsiyyə bayıra ötürür”. Mən günahsız olaraq qınaq obyekti oldum. Çox fikirləşdim, axırda bütün olanlara aydınlıq gətirilməsi üçün sizə məktub ünvanladım”.
 
“İyrənc siyasi oyuncaqların iyrənc də sonluğu olur”
Ş.Bəylərqızı məktubu dərc etməyimizi xahiş edərək yazır:
“Əvvəla, ilkin olaraq gedən informasiyaya münasibət bildirim. Bəlkə də bu informasiya keçən ilin əvvəllərində getsəydi, müəyyən qədər inandırıcı olardı. Amma Azər Seyidovun və Rauf Nəbiyevin rəhbərliyi dövründə bu cür məsələlər mənim üçün deyil, inanmayın lütfən və dərc etməyin. Niyə? Çünki həqiqətin tərəfdarı olan haqq yolunuza və haqq səsinizə kölgə salar. Mən hər zaman mənim lehimə ya əleyhimə gedən informasiyalarda belə sizin haqlı olmağınızın şahidiyəm. Mənim cəsarətim düzü düz, əyrini əyri görməyə çatar və çatıb da.
Hələlik müəyyən həqiqətləri nəzərinizə çatdırmaq istəyirəm ki, Bakı İstintaq Təcridxanası haqda digər müxalif qəzetlərdə gedən informasiyaları Gülər Əhmədova özü ötürür.
Özü buradan sizin əməkdaşlarınız olan Sevinc Telmanqızına, Azər Ayxana zəng vurub ağlına və ağzına gələnləri deyirsə, sizin dərgidən səmimiyyət ummamalıdır.
Məni görəndə “iki nəfərə namazlarımda dua edirəm ki, ölsün, biri Əfşardı, biri Elşad Abdullayev” deyirsə, ancaq arxamda təcridxana rəhbərliyinə və məhkumlara mənim arxamca hədyanlar yağdırırsa, mənsə artıq bir ildir susuramsa, onda Gülər heç danışmamalıdır.
Mən onun haqqında deyəcəklərimi danışmağa başlasam daha çox olar. Susuramsa, mənə, o cümlədən rəhbərliyə hörmət etməlidir ki, biz çox şeyə göz yumuruq.
Dəfələrlə yanımda jurnalist həmkarlarım söyülüb, iftiralar yağdırılırsa, Əvəz Zeynallı hədəfə alınıb qarğış edilirsə, mən bunlara cavab verib, bu günədək heç birinizə bu haqda deməmişəmsə, Gülər danışmamalıdır.
Mən Azərbaycanın ictimai-siyasi mühitində siyasi iyrəncliklərlə, siyasi sifarişlərdə iştiraka, siyasi-iqtisadi maxinasiyalara, siyasi manipulyasiyaya bulaşmayan qarışmayan biriyəm. Ona Əvəz Zeynallını həbs etdirmək haqqında olan təklif çox insanlara olunub. Ancaq heç kim bu çirkaba batmaq istəmədi, çünki iyrənc siyasi oyuncaqların iyrənc də sonluğu olur.
“O, qələm dostlarımın haqqında heç nə deyə bilməz”
Mənsə nəinki bir süfrədə çörək kəsdiyim insanlara, heç salamdan başqa heç bir münasibətim olmayan sizləri və məni özəl səhifələrində ləkələmək istəyən digər baş redaktorun həbsində iştiraka çağırılanda imtina edib, getməmişəm ki, onun da övladları var, mən istəmərəm! Bu cür  iyrəncliklərə həmişə “yox” demişəm. Bu gün həbsxana rəhbərliyi yanında mənə qarşı hədyanlar yağdıran, zabit məhkuma mənim haqda iftiralar deyən və bütün bunları üzümə deyə bilməyən Gülərə çatdırıram ki, yetər, bitər, sus. Əgər mən burda real olaraq həqiqəti əks etdirən hər şeyi dilimə gətirmirdimsə, o, mənim və mənim qələm dostlarımın haqqında heç nə deyə bilməz.
 
“Onun haqqında informasiya ötürən olsaydım…”
Ola bilsin, Gülər buradakılar onu dərin tanımadıqları üçün kimsə ola bilər. Mənim üçünsə heç kimdir.
Bir adam haqqında gedən videoməlumatları montaj adlandırıb, həbsində jurnalistləri, o cümlədən sizi və rəhbərlik etdiyiniz qəzeti günahkar görürsə, bu adamın kimliyi və təfəkkürü ortadadır. Mən onun haqqında informasiya ötürən olsaydım, ilk növbədə görüşə çağırdığı falçılardan yazardım, hər gün görüşündən yazardım, görüş vaxtının 8-dək uzadılıb 8-də kameraya gəlişindən yazardım. Yəni həqiqəti əks etdirən yüzlərlə bu cür dəqiq və səhih informasiyalar yaza və ona müxtəlif “donlar” geyindirə bilərdim. Ancaq “bağlı qapı arxası” deyilən bir məfhum var ki, bu zaman hər kəs öz vicdanına boğulur (Təbii ki, vicdanı varsa).
Mən yazası olsam ilk növbədə elə təcridxana rəhbərliyinə atdığı böhtandan yazardım, deyir ki, mən “burada hamını pulla almışan. Rəhbərlik hər şeyi mənə məruzə edir”.
Və daha nələr, nələr…
Mən istəmirəm ki, namərdlik edəm, onunçündə onun susması gərəkdir.
O düşünür ki, mən burada həqiqətən pul verib ələ aldığım nəzarətçi, zabit deyiləm. Mənə bayramda hədiyyə göndərib, arxamda quyu qazmaq olmaz. Mən onun gözündən pərdə asmaq istədikləri deyiləm. Mənə bayramda “duxi” hədiyyə göndərib arxamda hədyanlar yağdırmaq olmaz (hədiyyə geri qaytarılıb)”.
Ş.Bəylərqızı məktubunun sonunda G.Əhmədovaya səslənir: “Hələliksə onun qalxdığı səviyyəyə düşüb özümü aşağılamaq istəmirəm. ”Sus, qadın, mən danışmıramsa, sən dünəndən sus” deyirəm”.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə