Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ukrayna vətəndaş müharibəsinin bir addımlığında
Ukrayna vətəndaş müharibəsinin bir addımlığında
25 Yanvar 2014 / 14:40 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

Hökumətin münaqişəni silahlı qarşıdurma olmadan həll etmək cəhdləri nəticəsiz qalır

Kiyevdəki son hadisələr göstərir ki, münaqişəni silahlı qarşıdurma olmadan, sülh yolu ilə həll etmək cəhdlərimiz nəticəsiz qalır. Belə bir bəyanatla Ukrayna daxili işlər naziri Vitali Zaxarçenko çıxış edib. Nazir qeyd edib ki, iqtidarla müxalifət arasında əldə olunmuş anlaşmalar pozulur. V. Zaxarçenkonun sözlərinə görə, gecə saatlarında hüquq-mühafizə orqanları nümayəndələrinin müxalifət liderləri ilə apardığı danışıqlar nəticəsiz qalıb.

O qeyd edib ki, müxalifət liderləri ölkə vətəndaşlarını təhlükəyə atır.

*   *   * 13:55

Kiyevdə fəallar Enerji və Kömür Sənayesi Nazirliyini də ələ keçirdilər

Kiyevdə müxalifət fəalları Ukrayna Enerji və Kömür Sənayesi Nazirliyinin binasını ələ keçirib.

APA-nın xəbərinə görə, bu barədə yerli “5-ci kanal”a “Ümumi iş” adlı təşkilatın koordinatoru Aleksandr Danilyuk məlumat verib. O bildirib ki, nazirliyin mühafizə xidməti fəallara müqavimət göstərməyib.

Bundan əvvəl “Ümumi iş”in fəalları Aqrar Siyasət Nazirliyinin binasını da ələ keçirib. Hər iki bina Müstəqillik meydanının yaxınlığında, Kreşşatikdə yerləşir.

*    *   *

Ukraynada müxalifət qüvvələri Vinnitsa vilayət şurasının binasını da ələ keçiriblər.

APA – nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu müxalif “Batkivşina” fraksiyasının üzvü, deputat Andrey Şevçenko bildirib.

Onun sözlərinə görə, binada partlayış səsləri eşidilib, gözyaşardıcı qazdan istifadə olunub.

“Vilayətin rəhbər şəxslərini xalqın yanına çıxarırıq”, – deyə deputat “Twitter”dəki səhifəsində yazıb.

*    *   * 13:36

Ukrayna prezidenti Viktor Yanukoviç  Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Aleksandr Popovu vəzifəsindən azad edib.

Virtualaz.org saytı “RİA Novosti”yə istinadən bildirir ki, bu sərəncamın mətni prezidentin rəsmi saytında yerləşdirilib.

Prezident V.Yanukoviçin digər sərəncamı ilə Ukrayna Ali Radasının deputatı, hakim Regionlar Partiyasının üzvü Vladimir Makeyenko Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri təyin olunub.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə