Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bələdçilər aclıq aksiyasına başladılar
Bələdçilər aclıq aksiyasına başladılar
25 Yanvar 2014 / 14:41 / Baxış sayı: 2
Font1 Font2 Font3 Font4

“Azərbaycan Dəmir Yolları” QSC-nin kişi qatar bələdçiləri aclıq aksiyası keçirirlər.

Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, idarənin 80 nəfərə yaxın işçisi Azərbaycandan MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçilərinin qadınlarla əvəzlənməsinə və maaşların az olmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

Bu gün idarənin Sərnişindaşıma şöbəsinin rəisi Əliyar Muradov bələdçilərlə görüşüb və aksiya iştirakçılarını yanvarın 28-də qəbul edəcəyini, maaşların artırılacağını və onların problemlərinin həll ediləcəyi bildirib. Aksiya iştirakçıları isə deyiblər ki, aclıq aksiyası problemlər həllini tapana kimi davam edəcək.

“Azərbaycan Dəmir Yolları” QSC mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, son vaxtlar sərnişinlərə göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, sərnişin qatarlarında qanunsuz yüklərin daşınması səbəbindən sərhəd-keçid məntəqələrində qatarların ləngiməsi hallarının qarşısını almaq məqsədilə beynəlxalq sərnişin qatarlarında kişi bələdçilərin qadın bələdçilərlə əvəzlənməsi prosesi aparılır. Bu məqsədlə aparılan islahatlar zamanı kişi bələdçilər işdən azad olunmur, yerli istiqamətdə hərəkət edən qatarlarda işlə təmin edilirlər: “Artıq beynəlxalq və yerli istiqamətdə hərəkət edən Bakı-Moskva, Bakı-Tbilisi, Bakı-Ağstafa, Bakı-Balakən, Bakı-Gəncə sərnişin qatarlarında qadın bələdçilər çalışırlar.

Bu günlərdə Bakı-Xarkov sərnişin qatarında da qadın bələdçilərin xidmətindən istifadə edilməsi nəzərdə tutulur. Bu qatarda çalışan kişi bələdçilər yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında fəaliyyətlərini davam etdirəcəklər. Bir faktı da qeyd edək ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarında çalışan bələdçilərin əməkhaqqı beynəlxalq istiqamətdə çalışanların əməkhaqqından yüksəkdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə