Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İki dost, eyni ölüm…
İki dost, eyni ölüm…
26 Yanvar 2014 / 0:25 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Bu gün Bakının Nərimanov rayonunda 4 mərtəbəli binanın sökülməsi zamanı qalıqlar altında qalan iki gəncin adı ildırım surətilə bütün Azərbaycana yayıldı

Tanımadığım insanlar haqqında tanış hisslər. O hisslər azərbaycançılıq hissləridir…

Bu gün Bakının Nərimanov rayonunda 4 mərtəbəli binanın sökülməsi zamanı qalıqlar altında qalan iki gəncin adı ildırım surətilə bütün Azərbaycana yayıldı.

Onlardan biri evin tək oğlu 22 yaşlı Cavid Bayramlıdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi olan Cavidin atası da bir neçə il bundan öncə vəfat edib. İndi növbə özünə gəlib. Ancaq o dünyaya özü ilə bərabər dostu Asiman Əkbəri (Ələkbərov) də apardı. İkisi də incəsənət aşiqləri imiş. Əllərində fotoaparat yeni dünyanın yeni çalarlarını çəkmək istəyirlərmiş.
Hər ikisinin Facebook səhifələrində son yazıları yanvarın 18-nə təsadüf edir. Bu təsadüfdürmü yoxsa yox, bilinmir. Dostu Asiman ondan 4 yaş böyük imiş. 26-ya yenicə haqlayıbmış. Elə 26-da da qalası oldu.
Cavid Buzovnada 234 nömrəli məktəbin yetirməsi idi. İndi o kənddə Nərimanov rayonunda düşən daşlara böyük nifrət oyanıb. Görəsən həmin evin yerində tikilən binada yaşayanlar Cavidlə Asimanı xatırlayacaqlarmı. Yəqin ki, ilk əvvəl xatırlayacaqlar, ancaq onların da uşaqları böyüyəndə hər şey yaddan çıxacaq. Necə ki, Cavidlə Asiman kimi minlərlə övladımızı itirmişik, 1-ci Qarabağ savaşında, avtomobil qəzalarında, təsadüfi ölümlərdə, Rusiya çöllərində…

Cavid Bayramlı Facebook səhifəsində yanvarın 17-də belə bir status yazmışdı.”Əgər sən hədəfə doğru gedirsənsə və bu yolda sənə hər hürən itə daş atmaq üçün dayanacaqsansa, onda heç vaxt hədəfə çatmayacaqsan. Fyodor Dostoyevski”. Cavid sən orda niyə dayanmışdın? Ekskavatoru itmi hesab etmişdin?
Əlavə sözə ehtiyac yoxdur. Göydən düşən daşı ekskavatormu atdı sənə, yoxa talemi?. İtlər daş atmır axı, onlar daşdan qorxurlar…

Görəsən Bakıda iki gəncin ölümündən Fyodor Dostoyevskinin xəbəri oldumu?..

          



İki dost, eyni ölüm… yazısına 1 şərh yazıldı




Yuxarı Geri Ana səhifə