Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şimali Koreya lideri dayısının ailəsini öldürtdü
Şimali Koreya lideri dayısının ailəsini öldürtdü
26 Yanvar 2014 / 11:18 / Baxış sayı: 10
Font1 Font2 Font3 Font4

Şimali Koreyada ölkə rəhbərinin bir müddət əvvəl edam olunmuş dayısı Çan Son Thekin bütün ailəsi Kim Çen Inın əmri ilə edam olunub. Bu barədə “Renhap” xəbər agentliyi məlumat yayıb.  Məlumata əsasən,  azyaşlı uşaqlar da daxil olmaqla Çan Son Thekin bütün ailə üzvləri edam olunub.

Agentliyin məlumatına görə, Çan Son Thekin böyük bacısı Çan Qe Sun və onun əri – ölkənin Kubadakı səfiri Çon En Çjin, Çan Son Thekin bacısı oğlu – Şimali Koreyanın Malayziyadakı səfiri Çan En Çxol, onun 20 yaşlı övladları oğlanları – Ren və Te Un hələ ötən ilin dekabrında Pxenyana çağırılaraq, edam olunublar.

Qeyd edək ki,  Çan Son Thekin iki qardaşı daha əvvəl xəstəlikdən vəfat edib, buna görə  kütləvi repressiyaya onun bacılarının ailəsi (azyaşlı nəvələri də daxil olmaqla) məruz qalıb.

Məlumata əsasən, Çan Son Thekin müqavimət göstərməyə cəhd edən ailə üzvləri yaşadıqları evlərinin qarşısında, qonşuların gözü qabağında güllələnərək,öldürülüb.  Qeyd edək ki, Şimali Koreya rəhbəri dayısının qan qohumları olmayan qadınlara ölüm cəzası şamil edilməyib.  Çan Son Thekin bacısı oğlu Çan En Çxolun həyat yoldaşı ailəsi ilə birlikdə ölkənin şimalına sürgün olunub.

Xatırladaq ki, Şimali Koreyada uzun müddət ikinci adam hesab edilən Çan Son Thek ötən ilin dekabrında dövlət çevrilişinə cəhddə günahlandırılaraq edam edilib.



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə