Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Artur Rasizadə qaydaları dəyişdi
Artur Rasizadə qaydaları dəyişdi
27 Yanvar 2014 / 11:58 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2005-ci il 6 yanvar tarixli 2 nömrəli qərarında edilən dəyişikliyə əsasən ləğv edilmiş Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi olmuş Aydın Bəşirov Nəqliyyat Nazirliyinin Kollegiyasından tərkibindən çıxarılıb və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Nəqliyyat Nazirliyinin Kollegiyasının tərkibinə daxil edilib.

Nazirlər Kabinetinin 2010-cu il qərarı ilə təsdiq edilmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı”nda isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi üzrə” sözləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üzrə” sözləri ilə əvəz edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə