Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Azsığorta” Qarabağ əlilini aldadır –Şikayət məktubu
“Azsığorta” Qarabağ əlilini aldadır –Şikayət məktubu
27 Yanvar 2014 / 12:21 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Qarabağ uğrunda döyüşlərdə yaralanaraq əlil olmuş Asif Yusifli “Azsığorta” şirkətindən şikayətçidir.

O bildirir ki, şirkət haqsız və ədalətsizcəsinə ona birinci qrup əlilliyə görə 4000 manat yox, ağır xəsarətə görə 1500 manat ödəniş təklif edir, ümumiyyətlə, onu süni bürokratiya ilə incidir. “1993-cü ildən 2-ci qrup ömürlük Qarabağ əlili idim.

14 iyun 2012-ci ildə avtoqəza nəticəsində dəhşətli xəsarətlər aldım. Sol ayağımın bud və baldır hissədən qəlpəli sınığı, 7 qabırğa sınığı, ciyər və diafraqma cırılması ilə müşayiət olunan xəsarətlər aldım. 6 ay ancaq arxası üstə yataqda oldum. Növbəti 6 ayı isə iki kastellə çətinliklə hərəkət edirdim. Indi də səhhətimdə çox ciddi problemlər var. Sol ayağımda bud hissədə metal çubuq və məftillə 3 yerdən bərkitmə, baldır sümüyündə metal lövhə 8 boltla sümüyə bərkidilib. Qəzadan az sonra Tibbi Sosial Ekspert Komissiyasına müraciət etdim. Bildirdilər ki, qanunvericiliyə görə, alınan xəsarətdən altı ay sonra komissiyadan keçməliyəm. Altı ay sonra TSEK-dən keçdim. Ikinci qrup Qarabağ əlilliyimi gücləndirərək, 13 yanvar 2014-cü ildə iki illik 1-ci qrupla əvəz etdilər. Icbari sığortalar haqqında qanuna əsasən (24 iyul 2011), avtoqəza nəticəsində 1-ci qrup əlil olanlar 4000 manat sığorta ödənişi almalıdır. Sənədlərimi götürüb “Azsığorta” şirkətinə təqdim etdim. Bütün problemlər də ondan sonra başladı”, – deyə Asif Yusifli baş verənləri danışır.

Qarabağ əlilinin sözlərinə görə, “Azsığorta”dan ona əvvəlcə deyiblər ki, 1-ci qrup əlilliyi təsdiq edən sənəddə əlilliyin səbəbi kimi, “Azərbaycan Respublikasının müdafiəsi zamanı” göstərilib. Asif Yusifli isə izah edib ki, 2-ci qrup ömürlük əlilliyi qəzadan sonra 1-ci qrupla əvəz ediblər: “Hər şey gözlə görünən səviyyədədir. Üstəlik, xəstəxanadan xeyli arayışlar, ağır xəsarət almağım haqda ekspert rəyi, hətta məhkəmə hökm və qətnamələri var, hamısında da dediklərim təsdiq olunur. Xeyri olmadı, tələb etdilər ki, TSEK-dən xüsusi arayış gətirim. Həmin arayışı da gətirdim və orada qeyd olunurdu ki, ”Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup ömürlük əlil olmuşam, avtoqəzada aldığım xəsarətlər nəticəsində əlillik dərəcəm gücləndirilərək 1-ci qrupla əvəz olunub”. Ötən həftə bildirdilər ki, onda ekspert rəyini əsas götürüb ağır xəsarət aldığım üçün 1500 manat ödəniş edəcəklər. Qanunsuz olaraq, səbəb kimi göstərirlər ki, ekspert rəyində əlil olmağım əksini tapmayıb”.

Asif Yusifli onu da qeyd edir ki, 14 iyun 2012-ci ildə qəza keçirsə də, 2 iyulda artıq ekspert rəyi verilib: “Həmin vaxt TSEK-dən keçməyim mümkün deyildi. Həm qanuna görə, 6 ay keçməlidir, həm də həmin vaxt reanimasiyada olmuşam, ölüm-qalım arasında idim və bu heç mənim yadıma da düşməzdi. Icbari sığortalar haqqında qanuna görə, şəxs 3 il ərzində əlil olursa, ona müvafiq olaraq sığorta ödənişi alır. Digər tərəfdən, 2 iyulda verilən ekspert rəyindən sonra 4 iyul və 27 iyulda iki dəfə əməliyyat olunmuşam. Həmin əməliyyatdan sağ çıxmasaydım, o halda hansı kriteriya ilə ödəniş edəcəkdilər? Ölümə görəmi, yoxsa ağır xəsarətə görə?”

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə