Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Pirməmmədov Aqiyə Naxçıvanlıdan qisas almaq istəyir
İlham Pirməmmədov Aqiyə Naxçıvanlıdan qisas almaq istəyir
27 Yanvar 2014 / 13:30 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4

Afaq Qasımova işdən çıxarılır… 

Bir müddət əvvəl KİV-də işdən çıxarılacağı bildirilən Təhsil Nazirliyinin keçmiş aparat rəhbəri İlham Pirməmmədov nazir müşaviri olduqdan sonra müvazinətini bərpa edib, Mikayıl Cabbarovun özünü belə inandıra bilməsi hər kəsə aydındır. Kifayət qədər məlumatlı şəxs olan İ. Pirməmmədovdan isə Mikayıl Cabbarov lazım olan şəkildə informasiyalar ala bilməsi isə sirr deyil. Bütün bunlar ikitərəfli anlaşmanı təmin edib.

İ. Pirməmmədova gəlincə, o səfərbər ola bildi və nazirlikdə özünə yaxın 8-10 şəxsin belə işini itirməməsinə kömək oldu. Hətta, hadisələr elə sürətlə inkişaf etdi ki, keçmiş aparat rəhbəri yeni nazirin əli ilə Misir Mərdanova yaxınlığı ilə seçilən ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayevi, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının direktoru Ramiz Məmmədovu, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanovu, Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyevi və s. aparıcı şəxsləri tutduqları vəzifələrdən azad etdirə bildi. İndiki şəraitdə isə Aqiyə Naxçıvanlını işdən çıxartdırmaq istəyir və bu barədə kifayət qədər iş də apara bilir. Son KİV-də yayılan məlumatlar, aparılan müzakirələr Aqiyə xanımla Misir Mərdanovu üz-üzə qoymaq xarakterini daşıyır.

arxiv.bizimxeber.az-a daxil olan məlumata görə, bəzi şəxslərin işdən çıxarılması məqsədilə İ. Pirməmmədov hərəkətə keçib və hazırda Qazax filialının direktoru Afaq Qasımovanın yerinə yeni namizəd də tapıb. Həmin şəxs filialda çalışan Məmməd Cəlal oğlu Abdulkərimovdur.

Məmməd Abdulkərimov “Riyaziyyat-informatika” kafedrasının müəllimidir. Bir neçə il bundan qabaq Məmməd müəllimin İsa Veyisova məxsus daş karxanasında kamaz sürücüsü işlədiyi, sonradan Qazax filialına müəllim kimi işə götürüldüyü, bir az sonra elmi dərəcə aldığı qeyd olunur. Hətta, Məmməd müəllimin kabinetində kravatı belə olub. Onun otağından yatacaq zorla götürülüb. İndi o Qazax filialının direktoru olmaq istəyir. Buna isə A. Naxçıvanlı mane olur. Bunu isə həzm edə bilməyən İ. Pirməmmədov A. Naxçıvanlı barədə kompromat toplayır, hətta çalışdığı qədər onu Misir Mərdanovla üz-üzə qoymaq istəyir. Bununla da, qohumu İsa Veyisovun  heyfini almaq istəyir. Çünki, İsa Veyisovu Aqiyə Naxçıvanlının təkidi ilə Misir Mərdanov işdən çıxarmışdır.

Onu da qeyd edək ki, İsa Veyisovun qanunsuz tələbə qəbulu həyata keçirdiyinə görə işdən çxıarıldığını, son illərdə Qazax filialından 70-80 nəfərə “diplom” verə bilmədiyinə görə qaçıb gizləndiyini, ona bu işdə qardaşı Ramiz, oğlanları Veyis və Kənan Veyisovların köməklik etdiyini mətbuat yazmışdı.Gəncə müəllimlər inistitunun keçmiş rəhbərliyinin işinin hüquq mühafizə orqanlarına göndərilməsi qeyd olunmuşdur. Hətta, o da qeyd olunmuşdur ki, İsa müəllimin qardaşı Ramiz Veyisov qardaşının bu vəziyyətə düşməyində İ. Pirməmmədovu günahkar bilib. Çünki, İsa müəllimin 300 “diplom” verməsi üçün 200 min manatı qohumuna verdiyi onun dilindən səslənib.

arxiv.bizimxeber.az



İlham Pirməmmədov Aqiyə Naxçıvanlıdan qisas almaq istəyir yazısına 2 şərh yazıldı




Yuxarı Geri Ana səhifə