Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hava soyuyur, qar yağacaq
Hava soyuyur, qar yağacaq
27 Yanvar 2014 / 14:24 / Baxış sayı: 38
Font1 Font2 Font3 Font4

Yanvar ayının son günlərində havanın temperaturunun gün-gündən aşağı enəcək

Yanvar ayının son günlərində gözlənilən yağıntılı, küləkli hava şəraiti, havanın temperaturunun gün-gündən aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-də hava şəraitinin gecə və səhər saatlarında dumanlı, çiskinli, gün ərzində isə arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecəyə doğru arabir güclənəcək. Havanın temperaturunun gecə 2-4, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 28-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-8, bəzi yerlərdə 10-12, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə